Pişəvərinin “Gizli imzalı məqalələr”i işıq üzü görüb
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsinin müdiri
professor Rəhim Əliyevin
ideya müəllifliyi
və tərtibçiliyi
ilə tanınmış
ictimai-siyasi və dövlət xadimi, yazıçı, tərcüməçi,
ədəbiyyatşünas, qüdrətli publisist Mir Cəfər Pişəvərinin
(1892-1947) “Gizli imzalı
məqalələr (1945-1946)” kitabı işıq üzü görüb.
Kitabı
ərəb əlifbasından
Hökümə Allahverdiyeva,
farscadan İbrahim Quliyev
Babək, Yədulla Kənani, Arif İbrahimov,
Hökümə Allahverdiyeva
və Həsən Səfəri çeviriblər.
Filologiya elmləri doktoru Rəhim Əliyev nəşrə
“M.C.Pişəvəri
“Azərbaycan” qəzetində
və ya gizli “Novruz” imzası haqqında” adlı geniş ön söz yazıb.
M.C.Pişəvərinin “Azərbaycan”
qəzetində müxtəlif
imzalarla çoxlu məqalələri çıxıb.
Bu kitabda ilk dəfə
olaraq ancaq “Novruz” gizli imzası
ilə 80 il əvvəl
dərc edilmiş anadilli və farsca məqalələrin
tərcümələri yer
alıb. Nəşrdə
Pişəvərinin öz
müəllimi, mütəfəkkir,
siyasətçi Şeyx
Məhəmməd Xiyabani
(1880-1920) haqqında geniş
araşdırması da ilk dəfə
təqdim olunub.
Bütün bu faktların
kitab şəklinin səksən
il yubanması sovet rejiminin Cənubi Azərbaycandakı Milli Hökumətin
tarixinə və M.C.Pişəvərinin o dövrdə fəaliyyətinə
qoyduğu senzura ilə bağlı idi. 1945-1946-ci illəri əhatə edən M.C.Pişəvərinin “Azərbaycan” qəzetində
dərc olunan gizli imzalı məqalələrindən ibarət
kitab güneyli-quzeyli ədəbiyyatımızı
və tariximizi araşdıran tədqiqatçılar
üçün maraqlı
mənbələrdəndir.
Mədəniyyət.- 2023.- 27 sentyabr.-
S.7.