“Bülbül vokal
məktəbi” filminin
təqdimatı keçirildi
Dünya
şöhrətli opera müğənnisi,
Azərbaycan peşəkar
vokal sənətinin banisi, keçmiş
SSRİ-nin Xalq artisti Bülbülün (Murtuza Məmmədov;
1897-1961) vokal ənənələri
haqqında film çəkilib.
Sentyabrın 26-da Bülbülün Memorial Muzeyində dahi sənətkara həsr edilən “Bülbül vokal məktəbi” adlı filmin təqdimatı keçirildi.
Tədbiri muzeyin direktoru Fərqanə Cabbarova açaraq qeyd etdi ki, bu gün
“Bülbül vokal məktəbi” adlı filmin təqdimatı, həm də dahi sənətkarın anım günüdür:
“Filmin ideya müəllifi Əməkdar
artist, tanınmış vokal
ifaçı Ramil Qasımovdur. Bülbül
hələ sağlığında
öz bilik və bacarığını
gənc kadrların yetişməsinə həsr
edib. Bunun üçün
vokal sənəti nəzəriyyəsi, metodiki
vəsaitlər, habelə
mahnı ifaçılığı
üzrə xüsusi vəsaitlər işləyib
hazırlayıb”.
Əməkdar artist Ramil Qasımov
çıxışında Bülbülün vokal məktəbini yaşatmaq
və gələcək
nəsillərə çatdırmağın
əhəmiyyətindən və məsuliyyətindən
danışdı. Diqqətə
çatdırdı ki, bugünkü
və gələcək
nəsillər bilməlidir
ki, əldə etdikləri
uğurların təməlində
dahi sənətkarın
böyük xidmətləri
dayanır. Klassik vokal ənənələrimizin
formalaşması, geniş
vüsət alması,
elmi vokal laboratoriyaların, indiki Bakı Musiqi Akademiyasında Solo oxuma və opera hazırlığı
kafedrasının yaradılması
Bülbülün adı
ilə bağlıdır.
Filmdə də bu məktəbin böyüklüyü və
milli ifaçılıq ənənələrindən
söhbət açılır.
Ekran əsərində
Xalq artistləri Yusif Eyvazov, Siyavuş Kərimi, Azər Zeynalov, Samir Cəfərov, musiqişünas,
professor Lalə Hüseynova
və Əməkdar
artist Anar Şuşalı
Bülbülün sənəti
haqqında fikirlərini
bölüşüblər.
R.Qasımov çıxışının
sonunda filmin çəkilişində göstərilən
köməyə görə
Bülbülün Memorial Muzeyinə
öz dərin təşəkkürünü bildirdi.
Çıxışlardan sonra film nümayiş olundu.
S.Fərəcov
Mədəniyyət.- 2023.- 27 sentyabr.- S.3.