“Cadenza” orkestrinin konserti

 

 

Üzeyir Hacıbəyli festivalı çərçivəsində növbəti konsert proqramı sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində keçirilib.

“Cadenza” orkestrinin ifasında Rəhilə HəsənovanınYasəmən ləçəkləri”, Ayaz QəmbərlininTriptix”, A.VeberninSimli kvartet üçün 6 baqatel op 9”, Xəyyam MirzəzadəninOçerklər – 63” əsərləri səsləndirilib.

Proqramda Rəna Fərhadova (piano), Fatimə Nəsirli (violin), Ucal Məmmədxan (zərb alətləri), Tural Quliyev (truba), Ümid Mustafazadə (violin), Nihad Məmmədov (violin), Üzeyir Mahmudbəyli (viola) Əsmər Kərimli (violonçel) çıxış ediblər. Orkestrin bədii rəhbəri Türkər Qasımzadə, konsertmeysteri Samir Əsədovdur.

 

Lalə

Mədəniyyət.- 2023.- 27 sentyabr.- S.3.