Payızın həzin notları

 

 

Bu il zəngin proqramı olan Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının konsertlərindən biri sentyabrın 22-də Kamera Orqan Musiqisi Zalında keçirildi.

Klassik musiqini sevənlər istedadlı pianoçu Zakir Əsədovun solo konsertinə toplaşmışdılar.

Payızın həzin notlarına köklənənlərin diqqətini zala cəmləməyə çalışan Z.Əsədovun ilk müraciət etdiyi əsər Lüdviq van Bethovenin 1 nömrəli sonatası (op2) oldu. Ardınca Klod DebüssininBerqamassüitası, eləcə Kətan saçlı qız”, “Feyerverk”, “Kəsilmiş serenada”, “Batmış kilsə”, “Qar üzərində addımlarprelüdləri səsləndi.

Dinləyicilərini tez-tez həyəcanlandırıb onların alqış sədalarından feyzyab olan emosional ifaçı Pyotr Çaykovski yaradıcılığından da yan keçmədi onun məşhurİlin fəsillərisilsiləsindənBarkarolaOktyabr”ını dilləndirdi.

Konsert Üzeyir Hacıbəyli-Georgi Burşteyn vəhdətindəKoroğluoperasının mövzularınaFantaziyailə başa çatdı.

Xatırladaq ki, Zakir Əsədov 1986-cı ildə Ağstafa şəhərində anadan olub, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi (2005) Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının piano ixtisası üzrə (2009) məzunudur. Kövkəb Səfərəliyeva adına pianoçuların respublika müsabiqəsinin (2007) qalibidir.

2006-2013-cü illərdə “Con tempo” müasir musiqi ansamblının solisti olub. Pianoçu kimi bir çox xarici respublika festivallarında iştirak edib. Fortepiano konsertləri daxil olmaqla 50-dək müxtəlif həcmli fortepiano əsərinin ilk ifaçısıdır. 2018-ci ildə görkəmli pianoçu, Azərbaycan professional fortepiano məktəbinin görkəmli nümayəndələrin olan Georgi Şaroyevin (1890-1969) yaradıcılıq yoluna həsr olunan “Georgi Şaroyev fenomeniadlı monoqrafiyası çapdan çıxıb.

 

Həmidə

Mədəniyyət.- 2023.- 27 sentyabr.- S.3.