Festivalın “Arşın mal alan”ı
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrı ənənəsinə
uyğun olaraq, hər il yeni teatr mövsümünə görkəmli
bəstəkar Üzeyir
Hacıbəylinin yaradıcılığına
məxsus əsərlərdən
biri ilə başlayır.
Sentyabrın 25-də Üzeyir Hacıbəyli
XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində
dahi bəstəkarın
şedevrlərindən sayılan
“Arşın mal alan” tamaşası nümayiş
olunub.
Tamaşada əsas rollarda Xalq artisti Gülyaz
Məmmədova, Əməkdar
artistlər Cahangir Qurbanov, Gülüstan Əliyeva, Səbinə Vahabzadə ilə yanaşı, istedadlı gənc vokalçılar Fatimə Cəfərzadə,
Atəş Qarayev, Taleh Yahyayev və başqaları çıxış ediblər.
Tamaşanın quruluşçu rejissoru
Əməkdar incəsənət
xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva və xormeysteri Savzixan Serderovdur.
Mədəniyyət.- 2023.- 27 sentyabr.-
S.3.