IV “SevilBeynəlxalq Qadın Sənədli Film Festivalı başa çatıb

 

 

Bakı, Şəki Lənkəran şəhərlərində 15-22 sentyabr tarixlərində keçirilən IV “SevilBeynəlxalq Qadın Sənədli Film Festivalına yekun vurulub.

Sentyabrın 22-də “Landmark Ratunda hall”da festivalın qalibləri elan edilib.

Yerli qısametrajlı sənədli film” nominasiyasında rejissor Nəzrin AğamalıyevanınHədis” filmi qalib adını qazanıb. Bu nominasiyada münsiflərin xüsusi mükafatına Aynur ElgünəşinÇinar ağacının kölgəsində” filmi layiq görülüb.

Beynəlxalq qısametrajlı sənədli film” nominasiyasında Slovakiyadan Sona NotovanınQadının doğuluşu” filmi qalib olub. Bu nominasiyada xüsusi mükafatı isə polşalı rejissor Olga Hajnoszun “Bu elə bir sevgidir ki...” filmi qazanıb.

Tammetrajlı sənədli film” nominasiyasında gürcü Anna DziapşipanınSərhəd boyunca avtoportret” filmi birinci olub. Eyni nominasiyada münsiflərin xüsusi mükafatı Leyla CəfərovanınBəlkələrlə yaşayırıq: müharibə sonrası itkin düşmüş şəxslərin axtarışındafilminə verilib.

Festival çərçivəsində gerçəkləşənDok Atelyevorkşopunda isə 8 layihə arasından Ceylan Əmirəliyeva Levi AngelinYaxşı səhərlər Gülarə İsmayılova ilə Səhər CahanınSüpürgə boğanlayihələri qalib olub.

 

Lalə

Mədəniyyət.- 2023.- 27 sentyabr.- S.5.