İstiqlal Muzeyində “Tarixin izi ilə”
Sentyabrın 26-da Azərbaycan İstiqlal
Muzeyinin təşkilatçılığı
ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi
bütövlüyü uğrunda
döyüşərək canlarından keçmiş
şəhidlərin əziz
xatirəsinə həsr
olunmuş “Qəhrəmanlar
can verir yurdu yaşatmaq üçün”
adlı layihə çərçivəsində “Tarixin izi ilə”
adlı növbəti
tədbir-sərgi keçirilib.
Tədbirdə İstiqlal Muzeyinin
direktoru Sədi Mirseyibli, şəhid kapitan Kamil Şirinovun atası Əliş Şirinov, şəhid kapitanlar Fərid Dursunovun həyat yoldaşı Məryəm
Dursunova, Samir Mikayıllının
atası Sabir Mikayıllı,
şəhid baş leytenant İlqar Vəliyevin oğlu Vəli Vəlizadə, şəhid əsgər Əfqan Nəsirovun anası Kəmalə Nəsirova və başqaları çıxış
ediblər.
Bildirilib
ki, Azərbaycan xalqı
Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davamçısı Ali Baş
Komandan, Prezident
İlham Əliyevin ətrafında
sıx birləşərək
30 illik Vətən həsrətinə son qoyub.
Qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən
Vətən torpaqlarının
işğaldan azad olunmasında xidmətlər
göstərmiş qəhrəmanlarımıza
və onların ailə üzvlərinə
daim diqqət və qayğı göstərilir.
Sonra iştirakçılar oktyabrın
3-dək davam edəcək
sərgi ilə tanış olublar.
Mədəniyyət.- 2023.- 27 sentyabr.-
S.1.