BMA tələbələri üçün ustad dərsi

 

Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı davam edir. 10-dək ölkədən ifaçı kollektivin qatıldığı festival rəngarəng konsert, təqdimat, tamaşa nümayişi, ustad dərsi s. tədbirlərlə yaddaşlara yazılır.

Sentyabrın 26-da festival çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) kiçik zalındaQuatuor Diotima” (Fransa) simli kvarteti tərəfindən (kvartetin üzvləri: Yun-Peng Zhao-violin, Leo Marillie-violin, Franck Chevalier-viola, Alexis Descharmes-violonçel) ustad dərsi keçirilib.

Tədbirdə BMA-nın professor, müəllim tələbə heyəti iştirak edib.

Əvvəlcə təhsil ocağının prorektoru Xalq artisti, professor Yeganə Axundova çıxış edərək fransalı musiqiçiləri təqdim edib.

Kvartetin üzvləri öz növbəsində BMA-da olduqlarından məmnunluqlarını bildiriblər.

BMA-nın tələbələri Nərminə İsmayılova, Osman Mustafazadə, Humay Hacızadə, Ərol Rzayev G.ForeninFortepiano kvarteti”ni, Üzeyir Mahmudbəyli, Ümid Mustafazadə, Nihad Məmmədov, Əsmər Kərimli isə A.Vebernin “6 Bagatellesəsərlərini ifa ediblər.

Ustad dərsi zamanı tələbələrə texniki çətin hissələr üzərində çalışmağın üsulları izah olunub, ifa edərkən hər bir səsin dərinliyini anlayıb sonra dinləyiciyə ötürmək, musiqi parçasını sanki danışıq dilinə tərcümə etməyin zəruri olduğu diqqətə çatdırılıb.

Ustad dərsi tələbələr tərəfindən rəğbətlə qarşılanıb.

 

Nurəddin

Mədəniyyət.- 2023.- 27 sentyabr.- S.3.