Əgər obraz yoxdursa…”

 

Xalq rəssamı Fuad Salayevlə sənət söhbəti

 

Bilirsiniz, başqalarının eşidə bilmədiyini eşidən kəsbəstəkar, başqalarının görə bilmədiyini görən kəsrəssam olur. Yəni insanın sənət seçimini müəyyən edən əsas məqamlardan biridir bunlar…”

Sentyabrın 24-də 80 yaşını qeyd edən tanınmış heykəltaraş, Xalq rəssamı, professor, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Fuad Salayev bu sözləri müsahibəmizdən əvvəl, emalatxana-mənzilindəki kiçik qalereyadakı əsərlərini göstərərkən demişdi. Düzü, bu fikir mənə bir qədər mübahisəli gəlsə , dinməmişdim. Ağsaqqal sənətkarla söhbətimizin məcrası dəyişməsin deyə...

Fuad müəllim, sizinlə 80 illik yubileyiniz ərəfəsində görüşürük

Vallah, heç bilmədim, bu səksən vaxt yetişdi (gülür)… Elə bil hər şey dünən-srağagün olmuşdu

Deyirlər ki, pozitiv enerji bol olanda vaxtın necə keçdiyini hiss etmirsən

Deməzdim ki, həyatım büsbütün pozitiv enerji içində keçib, – bu, mümkün deyil. Yaradıcı insanın həyatı bir növ ziqzaq kimidir: o, baş verənləri, üzləşdiyi hadisəni təkcə şüurla yox, həm emosional qəbul edir. Əsas odur ki, ziqzaqın cızıqları çox itiuclu, dərin olmasın. Yaşa gəlincə, insanın fikirləri, planları həmişə yaşla üst-üstə düşmür. İnsan daim özünü ifadə etmək, ürəyindən keçənləri gerçəkləşdirməyə can atır. Bu, İlahinin bizə verdiyi böyük nemətdir.

İfadə etmək demişkən, çox zaman rəssamlıqla heykəltaraşlığı eyniləşdirirlər. Halbuki heykəltaraşın fikrini ifadə etmək vasitələri rəssama baxanda məhduddur. Ən azından rənglərə görə.

Heykəltaraş boyalarla işləməkdən məhrumdur. Amma heykəltaraşın əlində çox gözəl material var: gil! Əgər həyatın yaranışı barədə dini fərziyyəyə inansaq, Tanrı da Adəmi gildən düzəldib. Düzdür, gillər fərqlidir, məsələn, bir rayonda çıxarılan gil digər rayonda çıxarılan gildən rənginə, yağlılığa, sıxlılığına görə fərqlənir. Amma gil hər yerdə var. Rəssam kətan üzərində işləyəndə əsərin taleyini rənglərin köməyi ilə həll edir, heykəltaraş isə isti barmaqlarının izi ilə.

İndiyədək çox sayda heykəltaraşlıq nümunəsi yaratmısınız. Həm iri, monumental işləriniz var, həm kiçik ölçülü əsərləriniz. Dövlət sifarişi ilə , sadəcə, ürəyinizin istəyi ilə . Bu nümunələrin yaranma prosesində fərq varmı?

YoxÜmumiyyətlə, hər bir əsər düşüncənin məhsuludur. Hələ qarşında heç yoxdur, amma sən (alnının ortasını göstərir) buradan, üçüncü gözünlə onu görürsən. Düşündükcə, fikirləşdikcə, artıq düzəldəcəyin nümunə gözlərinin qarşısında formalaşır. Bax, prosesi belə başlayır. Hərçənd bu proses səni ilkin düşüncələrindən tamam ayrı istiqamətə apara bilər ortaya tamam fərqli ideyanı daşıyan əsər çıxar. Rəssam, heykəltaraş nəyinsə, kiminsə şəklini çəkmir, o, obraz yaradır. Yadınıza salın, qədər portret, heykəl görmüsünüz. Hansı portretdə obraz varsa, o, portreti yaradılana, naturaya oxşayır. Əgər obraz yoxdursa, fotorqafik dəqiqliklə işlənsə , oxşamır

  Deməli, əsas obrazı tapmaqdır.

Bəli. Bir misal çəkim. Bizim xalqımız Səttar Bəhlulzadəni çox sevir. Niyə?

Yəqin bir hər əsərinə ürəyini qoyduğuna görə...

Həm obraz yaratdığına görə!... O, sadəcə, təbiəti çəkməyib, o, təbiətin obrazını yaradıb. Buna görə sənət adamı üçün beyni ilə düşünüb, qəlbi ilə hiss etmək çox vacibdir.

Fuad müəllim, neçə illərdir ki, pedaqoji fəaliyyətlə məşğulsunuz. Yaradıcılıq üzrə prorektor kimi tələbələrlə bağlı hansısa mühüm qərar vermək zamanı gələndə ağlınızın diktəsinə qulaq asırsınız, yoxsa qəlbinizin səsinə?

Hər ikisi olur. Bilirsiniz, biz sənət adamları dərs deyəndə tələbələrə həmkarımız kimi yanaşırıq. Qarşımızdakı məktəbli deyil, hələ peşəkar sənətçi deyilsə , istedadlı gəncdir. Bəzən tələbələrin arasında şuluğu da olur, bunu yoluna qoymaq mümkündürAmma onlardan mənim ömür həsr etdiyim sahəyə laqeyd, ya da saymazyana münasibət görəndə qəlbimə dəyir. Buna nahaq yerə incə sənət demirlər ki? Bu işlə elə-belə, candərdi məşğul olmaq olmaz

Bəs akademiyaya təsadüfən düşən, “gəlmişəm, oxuyum, sonrasına baxarıqdüşüncəli tələbə çoxdur?

Təəssüf ki, var. Bilirsiniz, yaradıcı sənət məktəbinə sevib gəlmək, öz bacarığına uyğun təhsil müəssisəsi seçmək lazımdır, beş ixtisas arasından birinə düşmək yox!... Biz heykəltaraş, rəssam olmaq istəyən istedad sahiblərinə bilik verə, istiqamət göstərə, vərdişlərini cilalaya bilərik. Amma heç bir təhsil ocağı məzuna diplomun arasında istedad həvəs vermir.

Bəzən deyirlər ki, heykəltaraşlıq ağır sənətdir

Mənə deyirlər o sözü. Hətta deyirlər ki, yaş artdıqca bu işlə məşğul olmaq çətinləşirAmma o çətinliyi, o ağırlığı hiss etmirəm. Çünki sənətimi sevirəm. Böyük layihə üzərində işləyəndə iri gil parçalarını yoğurmalı, əzməli, istədiyin formaya salmalı olursanBir qədər çox yeriyəndə adamın ayaqları necə ağrıyırsa, mənim hiss etdiyim yorğunluq da ona bənzəyir. Dincəlirsən, keçir.

Davamlı olaraq işləyirsiniz?

Desəm ki, hər gün filan saatdan filan saata kimi, yalan olar. Akademiyada çalışmalar, evin qayğılarıAmma yaxşı olardı ki, hər gün işləyəsən.

Formada qalmaq üçün?

Təkcə formada qalmaq üçün yox. Siz özünüz yazarsınız. Yarımçıq qoyduğunuz yazıya sonradan qayıda bilirsiniz?

– Nadir hallarda. Fikrin ucu gedib başqa tərəfə çıxır.

Çoxdanın söhbətidir. Fransaya ayyarımlıq yaradıcılıq ezamiyyəti var idi. Elə arzulayırdım ki, gedim, muzeyləri gəzim, sənətimlə bağlı dünyagörüşümü artırım. Amma ürəyimin dərinliyində bir səs deyirdi ki, getmə. Çünki bir fikrim var idi, onu işləmək istəyirdim. Hiss edirdim ki, bu qədər fasilə versəm, işləyə bilməyəcəm isə, getdim. Fransadan qayıtdıqdan sonra həmin ideyanı gerçəkləşdirə bilmədim. Çünki ideya yadımda idi, amma onun təcəssümü yox. Daha həmin ideyaya qayıda bilmədim.

Bayaq emalatxanada bir fikir söylədiniz. Dediniz ki, insanlar məktəbdə yazıb-oxumağı, mütaliə etməyi öyrəndikləri üçün ədəbiyyat onlara təsviri sənətdən daha yaxındır. İnsanlara uşaq yaşlarından təsviri sənəti hiss etməyi, anlamağı öyrətsəydilər, cəmiyyət necə olardı?

Təsviri sənəti anlayan, sevən daha çox olardı. Məsələn, bir qadın portretinə baxıb gözəl qadındır deyib keçməzdilər (gülür). Deyərdilər ki, rəssam rəng keçidlərini necə gözəl həll edib, qadının ovqatını məharətlə tutub.

Aydındır. Deməli, cəmiyyət sənətdən daha çox zövq alardı

– …

***

Həmin gün Xalq rəssamı Fuad Salayevlə çox mətləbdən danışdıq. Söhbətimizin bir qisminin qəzətdə verilməsini özü istəmədi, bir hissəsi müsahibənin məntiqi axınına uyğun gəlmədi, daha dəqiq desək, o söhbətlərin başqa yazılara mövzu olacağını düşündüm.

Lakin onun emalatxanasından çıxandan sonra yolboyu müsahibənin əvvəlində dediyi fikir beynimdə xeyli fırlandı...

Məncə, bir məqamda Fuad müəllim tam haqlı deyildi. Çünki bəstəkarlıq, yazıçılıq, rəssamlıq kimi yaradıcı sənətlər təkcə Allah vergisi sayılan istedadın, qabiliyyətin sayəsində öz sahibini seçkinlər cərgəsinə çıxarmır, ona maddi mənəvi üstünlüklər bəxş etmir. Deyilənlərə nail olmaqdan ötrü gərək yorulmadan çalışasan, öyrənəsən, zəhmətə qatlaşasan, sənin əməyinin istedadının məhsuluna tələbat az olduqda belə, məsləkdən üz döndərməyəsən, zaman-zaman çətinliklərə dözəsən, hər şeyə rəğmən yaratmaq eşqini yaşatmağa qadir olasan. Bütün bunlardan şərəflə keçib, sınaqlardan salamat çıxandan sonra 80 yaşlı Fuad Salayev kimi deyəcəksən: qədər ki, ayaq üstəyəm, yaşayıram, düşünürəm, deməli, yaradacağam.

 

Gülcahan Mirməmməd

Mədəniyyət.- 2023.- 27 sentyabr.- S.7.