Tanınmış tarzən Anqolada festivala qatılıb
20-24 sentyabr tarixlərində Anqolanın paytaxtı
Luanda şəhərində “Ngola Symphony” musiqi festivalı keçirilib.
Festivalda
ölkəmizi Beynəlxalq
Muğam Mərkəzinin
direktoru Əməkdar
artist, tarzən Sahib Paşazadə
təmsil edib. Bununla da Mərkəzi
Afrika ölkəsi Anqolada
Azərbaycan musiqisi
ilk dəfə təbliğ
olunub.
Sahib Paşazadə “Simfonik incəsənət musiqi savadının və estetik-performativ həssaslığın
təkmilləşdirilməsi vasitəsi kimi” devizi altında keçirilən festivalın
açılış mərasimində
Anqolanın tanınmış
sənət adamları
və digər ölkələrdən fəxri
qonaqlarla eyni səhnəni bölüşüb.
Qeyd edək ki, Nigeriyada fəaliyyət göstərən
Azərbaycanın Dostları
Təşkilatının (ADT) və Anqoladakı İncəsənət və
Mədəniyyət Fondunun
birgə təşkilatçılığı
ilə Azərbaycan musiqisinin dünyada təbliği məqsədilə
“Birləşmiş səslər”
xeyriyyə layihəsi
həyata keçirilir.
ADT-nin təsisçisi
və prezidenti, uzun illərdir Afrikada yaşayan Billurə Bayramova-Bernardın
sözlərinə görə,
layihə çərçivəsində
Anqolanın Camunga musiqi məktəbi simfonik orkestrinin solistləri və Anqola İncəsənət
və Mədəniyyət
Fondunun tələbələri
üçün Sahib Paşazadə
tərəfindən ustad
dərsləri də keçirilib. Ustad dərslərində yerli tələbələrə Azərbaycan
musiqisi və tarla bağlı məlumat verilib, alətin tarixi və ifaçılıq
xüsusiyyətlərindən söz açılıb.
Mədəniyyət.- 2023.- 27 sentyabr.-
S.8.