Mətbuat salnaməmizdə əbədi
yaşamaq haqqı...
Sentyabrın 25-i ustad jurnalist,
yazıçı, uzun
illər “Mədəniyyət”
qəzeti redaksiyasında
çalışmış Tahir Abbaslının (1948–2021) anadan
olmasının 75-ci ildönümü
idi.
Ömür vəfa etsəydi,
kollektiv olaraq bu yubileyi mütləq
qeyd edəcəkdik.
Sadiq oxucuları hələ
neçə-neçə sanballı
publisistika örnəyini
oxuyacaqdı. Axı
o, mətbuat salnaməmizdə
əbədi yaşamaq
haqqı olan yazılar qələmə
alırdı. Mövzuları
rəngarəng, deyim-duyumu
bənzərsiz, həm
də milli ruhla süslü...
Redaksiyamız istedadlı həmkarımızın
vəfatının birinci
ildönümü münasibətilə
onun vaxtilə “Mədəniyyət” qəzetində
dərc olunmuş yazılarının bir qisminin yer aldığı
“Publisistik taktlar”
(2022) adlı kitabı
nəşr etdirdi. Kitabda “Musiqidə obrazlaşanlar”, “Söz ömrü qazananlar”, “Səhnə və ekran fədakarları”, “Rənglərin dünyasından”
və “Tarixi yaddaş” adlı bölmələr üzrə
müəllifin 55 məqaləsi
toplanıb.
75 illiyi münasibətilə
hörmətli iş yoldaşımızı rəhmətlə
yada salır, onun böyük Azərbaycan şairi Məhəmmədhüseyn
Şəhriyar haqqında
2018-ci ilin təxminən
bu vədələrində
qələmə aldığı
yazısını yenidən
oxucularımıza təqdim
edirik.
Mədəniyyət.- 2023.- 27 sentyabr.-
S.6.