Mədəniyyətimizin böyük hamisi
İllərin
xronikasından
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər,
mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada
mədəni-maarif işinin
qabaqcıl səviyyədə
təşkili sahəsində
də müstəsna xidmətlər göstərib.
Heydər
Əliyevin mədəniyyətə
diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində
– sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada,
SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı
səhifələrlə yazılıb.
O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. Bununla bağlı
illərin xronikasından
seçdiyimiz məqamları
“Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim
edirik...
(əvvəli ötən sayımızda)
1996-cı
il 23 iyul
Prezident
Heydər Əliyev dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd
Füzulinin 500 illik yubileyi üzrə Dövlət komissiyasının
növbəti iclasında
çıxış edib.
“...Füzulinin 500 illiyi ilə əlaqədar
1994-cü ilin martında
yaradılmış yubiley
komissiyasının fəaliyyəti
haqqında Elçin Əfəndiyev (Baş nazirin müavini – red.) geniş məlumat verdi. Bir daha qeyd etmək istəyirəm ki, çox
işlər görülübdür..
Təklif
irəli sürüldü
ki, yubileyin zirvə mərasimini də keçirək. Eyni zamanda bir sıra
fikirlər səsləndi...
...İstanbulda Balasanyanın
“Leyli və Məcnun” baletinin tamaşaya qoyulması, şübhəsiz ki, təəccüb
doğurur. Məlumdur,
vaxtilə Balasanyan “Leyli və Məcnun”
baletini yazıb. Bu, Böyük Teatrda da tamaşaya qoyulub. “Leyli və Məcnun”
mövzusu Şərq
aləminə məxsus
olan mövzudur. Ancaq bu mövzu
Azərbaycanın dahi
şəxsiyyətlərinin yaradıcılığı nəticəsində
əsərlərdə öz
əksini tapıb. Nizami də, Füzuli də “Leyli və Məcnun”
yazıb. İslam aləminin
tarixində “Leyli və Məcnun” mövzusunda dahi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən
ilk opera yazılıbdır... Biz bununla fəxr edirik...
Ancaq bizim sonrakı bəstəkarlarımız gərək
Üzeyir Hacıbəyovun
yolu ilə gedəydilər. “Leyli və Məcnun” mövzusunda bir balet yazaydılar. Qara Qarayevin “Leyli və Məcnun”
simfonik əsəri çox dəyərli bir əsərdir... Arif Məlikov “Məhəbbət əfsanəsi”
adlı çox gözəl bir əsər yaradıb. Ancaq gərək bir başqa bəstəkarımız da “Leyli
və Məcnun” baleti yaradaydı...
Mən hesab etmirəm ki, xalqımızın, bəstəkarlarımızın
yaradıcılıq potensialı
tükənibdir, yox.
Bu gün də, sabah da əsərlər yaranacaq... Ancaq İstanbulda Balasanyanın
əsərlərinin tamaşaya
qoyulması, şübhəsiz
ki, təəccübləndirici bir məlumatdır. Güman edirəm ki, Polad Bülbüloğlu
TÜRKSOY-un rəhbəri və
mədəniyyət naziri
kimi gərək bu məsələni biləydi və türk qardaşlarımıza
izah edəydi ki, belə ola bilməz...
Füzulinin 500 illiyi ilə
əlaqədar 94-cü, 95-ci və 96-cı illərdə
keçirilən tədbirlər
sadəcə olaraq bir yubileylə bağlı mərasimlər
deyildi, onlar Füzuli yaradıcılığının
geniş bir çərçivədə təbliğ
olunmasına şərait
yaradırdı... Füzulini
ən əvvəl öz ölkəmizdə daim təbliğ etmək lazımdır... Çünki Füzulinin həyatı da, bütün
yaradıcılığı da həm yüksək mənəviyyat, həm yüksək fəlsəfədir,
həm də insanlara mənəvi, estetik qida verən
böyük bir mənbədir.
Tarixi şəxsiyyətlərin yubileylərinin
keçirilməsi, bir
tərəfdən, onların
xalq qarşısında
xidmətlərinə verilən
qiymətdir – bu, lazımdır, özü
də mütləq lazımdır. Digər tərəfdən isə,
belə yubileylərin
keçirilməsi xalqın,
millətin zənginliyini
nümayiş etdirir...
Hesab edirəm ki, biz cari ildə bu yubileyin zirvə
tədbirlərini keçirməliyik...
Anar (Yazıçılar Birliyinin
sədri – red.) təklif
verdi ki, bizdə türkdilli ölkələrin
yazıçılarının qurultayı keçirilsin.
Mən bu təklifi qəbul edirəm. Belə bir qurultayı Azərbaycanda keçirmək
lazımdır... Onu Füzulinin yubileyi ilə eyni vaxta
salmaq məqsədəuyğundur...”.
1996-cı
il 16 avqust
Azərbaycan ədəbiyyatının inkişafında böyük
xidmətlərinə görə
şair Qabil İmamverdiyevi “Şöhrət”
ordeni ilə təltif edib. Şairə 70 illik yubileyi münasibətilə
təbrik məktubu göndərib.
1996-cı
il 28 avqust
Xalq rəssamları Elmira Şahtaxtinskayanı
və Oqtay Sadıqzadəni qəbul edib.
1996-cı il 30 avqust
Respublika Sarayında
görkəmli şair
Əliağa Vahidin
100 illik yubiley gecəsi başa çatdıqdan sonra mədəniyyət və
incəsənət xadimləri
ilə görüşdə
çıxış edib.
“...Hesab edirəm
ki, bu yubiley
gecəsi Vahidə layiqdir. Buradakı çıxışlarda siz
dediniz ki, keçmişdə Vahidə
lazımi qiymət verilməyib. Tarixdə belə hallar çox olubdur ki, böyük insanlar zaman, vaxt keçdikdən sonra daha düzgün
qiymətləndiriliblər. İndiyədək Əliağa
Vahidin heç bir yubileyi keçirilməmişdir.
Bu il, bu
günlər keçirilən
tədbirlər, xüsusən
bu gecənin bu qədər təntənəli, çox
məzmunlu olması, mən hesab edirəm, onun indiyədək yubileylərinin
keçirilməməsini əvəz
etdi.
Mən səmimi
deyirəm, bu gün salonda oturarkən hisslərim həddindən çox canlandı, həyəcanlandım.
Ədəbiyyatımızın, şeirimizin, incəsənətimizin
nə qədər böyük olduğuna görə sizinlə bərabər böyük
iftixar hissi keçirdim.
Vahid böyük
bir xəzinədir. Bu gün siz
bu xzinənin ola bilər, bir neçə laylarını millətimizə
göstərdiniz. Xalqımız
Vahidi həmişə
sevibdir. Onun sağlığında da,
o, həyatdan gedəndən
sonra da Vahidin qəzəllərinə
çox gözəl mahnılar bəstələnibdir.
Xalqımız Vahidi heç vaxt unutmayıbdır...
Mən bu
gün sizi dinləyərkən özüm
üçün bir nəticə çıxardım
ki, Vahid nə qədər çətin həyat tərzi keçiribsə,
ağır yaşayıbsa,
ona nə qədər diqqətsizlik
olubsa, qayğı göstərilməyibsə də,
o, çox nikbin adam olubdur. Vahid
xalqımızın, respublikamızın
xoşbəxt gələcəyini
nə qədər gözəl tərənnüm
edib...
Mən foyedə
rəssam Adil Rüstəmovun xalqımızın
sevimli sənətkarına
həsr olunmuş qrafika əsərləri sərgisi ilə tanış olanda da dedim, Vahidin
əsərləri başdan-başa
fəlsəfədir. Sizin
oxuduğunuz o şeirlər,
səslənən musiqi
də fəlsəfədir.
Bax, rəssam da bunu belə
dərk edib. Onun çəkdiyi əsərlər çox
gözəl rəsm əsərləridir və
orada da fəlsəfə var...
Mən gecədə
iştirak edən meyxanaçıların çıxışlarını
yüksək qiymətləndirirəm.
Meyxana xalqımızın,
millətimizin folklorunun
çox gözəl janrlarından biridir. Amma bəzən nədənsə meyxanaya xor baxırdılar. Halbuki meyxana xalqın özünəməxsus
bir folklorudur...”.
Hazırladı: Vüqar Orxan
(davamı var)
Mədəniyyət.- 2023.- 27 sentyabr.- S.5.