Şəxsi kitabxanasında 11 min nüsxədən çox nəşr var...

 

Məhəmməd İsayev: “Atamın 1930-cu ildə yaratdığı kitabxananı qoruyub saxlayır, fondunu zənginləşdiririk

 

 

Tariximizi, mənəvi sərvətlərimizi qoruyub saxlayan, nəsildən-nəslə ötürən məbədlərdən biri kitabxanalarımızdır. Ta qədim zamanlardan böyük şəhər elmi mərkəzlərin kitabxanaları ilə yanaşı, bir çox dahi mütəfəkkirlərin şəxsi kitabxanaları da olub. Tarixə məlum olan ilk şəxsi kitabxana Assuriya hökmdarı Aşşurbanipala məxsus imiş. Nineviya şəhərində (indiki İraq ərazisi) yerləşən həmin kitabxanada hökmdarı maraqlandıran müxtəlif tipli kitablar saxlanılırdı.

Azərbaycan tarixinə gəlincə isə, Bəhmənyar, Xətib Təbrizi, Əbu Vəfa, Qətran Təbrizi, Nizami, Xətai s. kimi görkəmli şair alimlərin şəxsi kitabxanalarının olması haqqında məlumatlar mövcuddur.

XIX əsrin 40-cı illərindən başlayaraq Azərbaycanda yeni milli ictimai kitabxanalar, habelə bir çox görkəmli simaların şəxsi kitabxanaları yaranır. Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin kitabxanalarını buna misal göstərmək olar.

Bu gün kitaba böyük maraq göstərən, evini kitabxanaya çevirən insanlar var. “Mədəniyyətə könül verənlərrubrikasının budəfəki qonağı yuxarıda qeyd etdiyimiz xeyirxah əməli, qiymətli ənənəni davam etdirənlərdən Məhəmməd İsayevdir.

Məhəmməd Hüseyn oğlu İsayev 1957-ci il iyunun 26-da Hacıqabul şəhərində anadan olub. Hacıqabul şəhər 7 nömrəli orta məktəbdə təhsil alıb. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 10 ilə yaxın Sabirabad Hacıqabul rayonlarının orta məktəblərində dil-ədəbiyyat ibtidai sinif müəllimi işləyib. 2004-2022-ci illərdə Hacıqabul Rayon Tarix-Diyarşünaslıq Muzeyində kiçik elmi işçi, baş fond mühafizi, direktor rayon Heydər Əliyev Mərkəzində baş fond mühafizi vəzifələrində çalışıb. Hazırda təqaüddədir.

30-a yaxın kitabı işıq üzü görən Məhəmməd İsayev, rus dilindən tərcümə ilə məşğul olur. Eyni zamanda şəxsi kitabxanasında fəaliyyətini davam etdirir.

Müsahibim qeyd edir ki, kitabxanasının əsası atası mərhum Hüseyn İsayev tərəfindən 1930-cu illərdə qoyulub: “Atam kitabları çox sevirdi. Şəxsi kitabxana yaratmaq fikri məhz bu sevgidən irəli gəlmişdi. Kitabxananı atam hələ orta məktəbdə oxuyarkən Hacıqabul şəhərində evimizin bir hissəsində təşkil etmişdi. O, 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinə daxil olduqdan sonra bu işlə daha sistemli şəkildə məşğul olub. Atam 1999-cu ildə vəfat etdikdən sonra mən, bacı qardaşlarım atamızdan qalan bu xeyirxah ənənəni davam etdiririk”.

Məhəmməd müəllim deyir ki, hazırda kitabxananın ümumi fondu 11 mindən çox nüsxə kitabdan ibarətdir: “Kitabların bir hissəsini şəxsi vəsaitimiz hesabına almışıq. Bir neçə min nüsxə isə bizləri yaxından-uzaqdan tanıyan xeyirxah insanlar tərəfindən kitabxanamıza hədiyyə edilib. Rayon sakinləri, ziyalılar, elm adamları, müəllimlər, tələbə şagirdlər kitabxanaya üz tutaraq buradakı ədəbiyyatlardan istifadə edirlər”.

Kitabxananın şəraiti haqqında məlumat verən müsahibim vurğulayır ki, elmi təsnifatla tərtib olunmuş kartotekası olan kitabxanada bədii ədəbiyyata ictimai elmlərə aid kitablar çoxluq təşkil etsə , fondda təbiət elmlərinə aid bir neçə min kitab saxlanılır: “Kitabxanadakı nəşrlərin yarıdan çoxu kiril əlifbası ilədir. Buna görə əvvəlki illərə nisbətən rayon gəncləri kitabxanaya az-az üz tuturlar. Kitabxananın əsas oxucuları əsasən orta yetkin yaşlı insanlardır. Onlar da oxumaq istədikləri kitabları həm kitabxanada, həm istədikləri müddətə qədər öz evlərinə aparıb mütaliə edirlər”.

Məhəmməd müəllimin sözlərinə görə, kitabxanada yaxın-uzaq ölkələrdən müxtəlif dillərdə əlifbalarda nəşr olunmuş, hətta XIX əsrin sonlarına XX əsrin əvvəllərinə aid olan kitablar var: “Kitabxanamızda XIX əsrin əvvəllərindən bəri Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrin şahidi olmuşMurad xan”, “Kərbəlayıtəxəllüsü ilə yazan, Hacıqabulun Nəvahi kəndindən olan tanınmış satirik şair Mirzə Baxış Nadimin (1785-1880) əlyazmasının o vaxtlar əl ilə köçürülmüş surətləri daşbasma üsulu (litoqrafiya) ilə çap olunmuş kitablar da mühafizə edilir. Bundan başqa, kitabxanada XIX əsrdə Avropa çar Rusiyasında işıq üzü görən nadir kitab nüsxələri saxlanılır”.

Müsahibim kitabxana fondunun bu gün zənginləşdiyini söyləyir: “Qardaşlarımdan ikisi Rusiyada yaşayır. Böyük qardaşım hər dəfə Rusiyadan Vətənə gələndə özü ilə çoxsaylı kitablar alıb gətirir. Bundan savayı, özüm şəxsi vəsaitim hesabına kitabxananın fondunu zənginləşdirməyə çalışıram”.

 

N.Məmmədli

Mədəniyyət.- 2023.- 29 sentyabr.- S.6.