Vətən müharibəsi xatirələrdə

 

Sentyabrın 26-da Abdulla Şaiqin Mənzil-Muzeyində Anım Gününə həsr olunmuşVətən müharibəsi xatirələrdəadlı tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru Ülkər Talıbzadə qeyd edib ki, Anım Günü həm çox hüznlü, həm fəxr ediləsi bir gündür: “Hüznlü gündür, ona görə ki, bu gün biz şəhidləri anırıq. Fəxr edirik, ona görə ki, şəhidlərin qanı yerdə qalmadı, torpaqlarımız düşmən tapdağından azad olundu”.

Jurnalistlər Zərəngiz Dəmirçi Qayalı Tamilla Məmmədzadə çıxışlarında mövzu ilə bağlı fikirlərini bildiriblr.

Tədbirin bədii hissəsində muzeyin nəzdində fəaliyyət göstərənVətənyaradıcılıq dərnəyinin üzvləri şəhid qəhrəmanlara həsr edilmiş şeirlər söyləyiblər.

Sonda 44 günlük Vətən müharibəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

 

Mədəniyyət.- 2023.- 29 sentyabr.- S.3.