Vətən müharibəsində
düşmənin müdafiə
xəttini ilk keçənlərdən...
O, iki bacının
tək qardaşı idi. Uşaq yaşlarından müqəddəs
bir amalı vardı. Səbirsizliklə
düşməndən qisas
alacağı günü
gözləyirdi. Ana Vətənə olan sevgisi o qədər güclü idi ki, məhz son
nəfəsini də bu müqəddəs amal uğrunda vermişdi...
Ölkəmizin ərazi bütövlüyünün
bərpa olunması ilə başa çatan 2020-ci ilin Vətən müharibəsi
şəhidlərindən Busat
Qurbanov haqqında söz açırıq.
Busat Əfsər
oğlu Qurbanov 2000-ci il sentyabrın 10-da Füzuli rayonunun Aşağı Kürdmahmudlu
kəndində anadan olub. 2018-ci ildə həmin kənddə orta məktəbi bitirərək hərbi xidmətə yollanıb. Naxçıvan Muxtar Respublikasında N saylı
hərbi hissədə
xidmət keçib. Əsgərlik dövründə
nümunəvi xidmətinə
görə fəxri fərman və təşəkkürnamə ilə
mükafatlandırılıb.
Hərbi xidmətini
başa vurduqdan sonra hərbçi libasını ömürlük
geyinmək qərarına
gəlir. Çünki
ağlı kəsəndən
doğma rayonunun bir hissəsinin və Qarabağımızın
işğaldan qurtarılmasının,
düşməndən qisas
alınmasının xəyalını
qururdu. Müddətdən
artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Füzuli rayonundakı N saylı hərbi hissədə tank atıcısı vəzifəsində
xidmətə başlayır.
2020-ci il sentyabrın
27-də başlanan 44 günlük
Vətən müharibəsində
Busat və cəsur hərbçi yoldaşları düşmən
səngərini keçən
ilk döyüşçülərdən
olublar. Busat Vətən müharibəsinin
ilk günündə Cəbrayıl rayonunun Nüzgar kəndinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid
olub. Oktyabrın 10-da doğulduğu Aşağı
Kürdmahmudlu kənd
qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin atası Əfsər Qurbanov oğlu ilə hər zaman fəxr etdiyini bildirir: “Busat uşaq yaşlarından vətənpərvərlik
hissi ilə böyümüşdü. O, torpaqlarımızın
düşmən əsarətində
olması ilə heç cür barışa bilmirdi. Deyirdi ki, vaxt
gələcək torpaqlarımızı
yağı düşməndən
azad edəcəyik. O,
Vətən müharibəsinin
ilk günü şəhidlik zirvəsinə
ucaldı. Oğlumun ruhu şaddır. Çünki torpaqlarımız
düşməndən azad
edilib. Allah bütün şəhidlərimizə
rəhmət, qazilərimizə
şəfa versin. Vətən sağ olsun!”.
Şəhidin bacısı Aysu Qurbanova qardaş itkisinin ağır dərd olduğunu söyləyir: “Busat canından çox sevdiyi Vətən yolunda şəhid oldu. Cismən aramızda olmasa da, qardaşımın ruhu daima bizimlədir.
Mən Busatla hər zaman fəxr edirə”.
Busat Qurbanov
ölkə başçısının
müvafiq sərəncamları
ilə ölümündən
sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü”
medalları ilə təltif edilib.
Qeyd edək
ki, ötən ilin iyul ayında
şəhidin xatirəsinə
doğulduğu Aşağı
Kürdmahmudlu kəndində
bulaq-abidə inşa edilib.
Allah rəhmət
eləsin.
Nurəddin
Mədəniyyət.-
2023.- 29 sentyabr.- S.6.