BXA-da
Anım Günü
Bakı Xoreoqrafiya
Akademiyasında (BXA) 27 sentyabr
– Anım Gününə
həsr edilmiş tədbir keçirilib.
Dövlət Himni səsləndirildikdən
sonra Vətən müharibəsi şəhidlərinin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə işğal altındakı bütün
şəhər, kənd
və qəsəbələrimiz
düşmən tapdağından
azad olunub. Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü yolunda
canlarını fəda
etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə
dərin ehtiram əlaməti olaraq, dövlət başçısının
2020-ci il 2 dekabr tarixli sərəncamı ilə 27 sentyabrın hər il Azərbaycan
Respublikasında Anım
Günü kimi qeyd edilməsi qərara alınıb.
Daha sonra
Azərbaycanın qəhrəman
oğulları, Vətən
uğrunda canlarından
keçən şəhidlərimiz
Polad Həşimov, İlqar Mirzəyev, Xudayar Yusifzadə, Əli Cəfərov, Kənan Quliyev, Camal İsmayılov, Gülverdi Qasımov, Muxtar Qasımlı, Səbuhi Əhmədov, Ramin Bayramov və digərlərinin ömür və döyüş yolu haqqında məlumat verilib.
Bədii hissədə
“Qarabağa gedirəm”,
“Vətən oğlu”,
“Şəhid”, “Ey Vətən”, “Şəhid
anası” və s. şeirlər səsləndirilib,
səhnəciklər nümayiş
olunub. BXA-nın tam orta təhsil
pilləsi şagirdlərinin
ifasında “Qarabağ
Azərbaycandır!” devizi
altında müxtəlif
rəqs kompozisiyaları
təqdim edilib.
Mədəniyyət.- 2023.- 29 sentyabr.- S.3.