“Quatuor Diotima” kvartetindən
“Süleymani” rəqsi
Üzeyir
Hacıbəyli XV Beynəlxalq
Musiqi Festivalı çərçivəsində sentyabrın 25-də Beynəlxalq
Muğam Mərkəzində
Fransanın “Quatuor
Diotima” kvartetinin çıxışı
oldu.
Kollektiv
bu gün dünyada ən çox tələb olunan kamera ansambllarından
biridir. 1996-cı ildə
Paris Milli Konservatoriyasının məzunları tərəfindən
yaradılan ansamblın
üzvləri Yun-Peng Zhao, Leo Marillier, Franck Chevalier və
Pierre Morlet müntəzəm
olaraq dünyanın ən yaxşı konsert salonlarında və festivallarında çıxışları ilə
diqqət çəkir.
Kvartet Üzeyir bəyin adını daşıyan mötəbər
festivala da xüsusi proqramla gəlmişdi. G.Ligeti, L.Janacek
və L.Bethovenin əsərlərini ustalıqla
təqdim edən kvartetin çıxışı
tamaşaçılar alqışlarla
qarşıladı.
“Quatuor Diotima” konsertin finalı üçün
Üzeyir Hacıbəyli
yaradıcılığına müraciət etdilər. Gözlənilməz və
heyrət dolu bir təqdimat. Kvartetin ifasında “Süleymani” rəqsi. Bu da
ifaçıların dahi
Üzeyir bəyə və ümumilikdə, musiqi mədəniyyətimizə
bir minnətdarlıq jesti idi. Onlar
bu məşhur rəqsimizi böyük ustalıqla təqdim edə bildilər. Auditoriya ifanı sürəkli alqışlarla
mükafatlandırdı. Üzeyir
Hacıbəyli festivalı
çərçivəsində daha bir yaddaqalan
gecə bu musiqi bayramının tarixinə öz imzasını qoymuş oldu...
Musiqişünas, Əməkdar incəsənət
xadimi, professor Zümrüd
Dadaşzadə kvartetin
ifasını belə
şərh edir: “Bethoven öz kvartetlərində bir başqa – romantik, duyğusal, gözəlliklər
yaradıcısıdır. Kvartetin dramaturji mərkəzi ağır,
ləng, düşüncələrlə
doludur. Bu musiqini qavramaq üçün ona varmaq gərək.
Janacekin simli kvarteti isə tam başqa bir aləmdir”.
Lalə
Mədəniyyət.-
2023.- 29 sentyabr.- S.5.