Arzum Bakıda gənclərə animasiya dərsləri verməkdir

 

Məsud Pənahi: “Adil İsgəndərovTıq-tıq xanım Siçan bəy”in bütün heyətini kinostudiyada işə götürmüşdü

 

 

 

Tanınmış animasiya rejissoru rəssamı Məsud Pənahi. O, Cənubi azərbaycanlı yazıçı, Təbrizdə Milli hökumətin qurulmasında fəaliyyətində mühüm rol oynamış Pənahi Makulunun (1900-1971) yadigarıdır. Animasiya sahəsində çoxsaylı uğurlara imza atıb. 1979-cu ildən Almaniyada yaşayan sənətkar bu günlərdə paytaxtımızda keçirilən 6-cı “AnimafilmBeynəlxalq Animasiya Festivalının qonaqları arasında idi. Bu il 80 illiyini qeyd edən Məsud müəllim daha çoxTıq-tıq xanım Siçan bəy” (1974) cizgi filmi ilə məşhurdur. Onunla elə festival zamanı həmsöhbət olduq.

Bakıya tez-tez gəlirsiniz?

– Son illər animasiya festivalına görə, demək olar ki, hər il Azərbaycana gəlirəm. Festivala dəstək olmaq istəyirəm. Çalışıram ki, imkanım qədər gəncləri animasiya ilə məşğul olmağa cəlb edim. Birinci festivalda maraqlanan az idi. İndi gördüyünüz kimi, həm festivalın açılışına çoxsaylı insanlar qatıldı, həm gənclərin animasiya sahəsinə marağı artıb. Qıraqdan baxanda görmək olur ki, bu tələbdir lazımlı fəaliyyətdir.

Animasiyamızda sizin adınız hər zaman ön sıralardadır. Vaxtilə lentə aldığınızTıq-tıq xanım Siçan bəycizgi filminə olan maraq heç azalmır. Bu filmin uğuru nədədir?

– Filmi çəkəndə onun belə uğur qazanacağını düşünməmişdim. Əsas məqsədim bu nağılı müasir dövrə uyğun lentə almaq idi. Xalq musiqisini, xalq oyununu yeni bir formada təqdim etmək istəyirdim. Ona görə filmdə xalq musiqisi ilə yanaşı, rəhmətlik Vaqif Mustafazadənin musiqisinə yer vermişəm. Ramiz Rövşən isə mahnı mətni yazıb. Bu film Ramiz Rövşənin film sahəsində debütü sayıla bilər. O zaman yalnız gənclərlə işləmək istəyirdim. Vaqif Mustafazadənin təklifi iləSevilvokal qrupu üzvlərindən birinin səsini yazdım. Filmdə sevilən aktrisamız Zemfira İsmayılovanın, rəhmətlik rejissorlar Arif Babayevin Adil İsgəndərovun (toybəyi) səsi yer alıb.

Həmin dövrdə bizdə animasiya elə populyar olmayıb...

Bəli, zəif idi. Mən animasiyaya başlayanda bu sahədə rəsmdən istifadə, demək olar ki, yox idi. İstəyirdim rəsm filmi olsun. İlk rəsm filmi 1973-cü ildə çəkdiyimBulud niyə ağlayır?” ekran işi idi. 1974-cü ildə Bakıda VII Ümumittifaq Kinofestivalında filmə birinci mükafat verildi. Onu da deyim ki, Adil İsgəndərovTıq-tıq xanım Siçan bəy”in bütün heyətini o vaxt bütünlükdə kinostudiyada işə götürmüşdü. Çünki bu heyət cizgi filmi üçün yaxşı ixtisaslaşmış komanda idi. Daha sonra mən rejissorluqdan əlavə, təşkilati işlərlə məşğul olmağa başladım. Bizdən üç gənc xanım Kiyevə, üç gənc oğlan isə MoskvayaSoyuzmultfilməanimasiya üzrə təhsil almağa göndərildi. Mütəxəssis baxımından Moskvadan asılı olmaq istəmirdim. Belə oldu. Onlar oxuyub gəldilər artıq bizim öz mütəxəssislərimiz vardı. Zaman elə gətirdi ki, mən Almaniyaya getməli oldum. artıq uzun illərdir Almaniyada yaşayıram.

Getməyinizə səbəb oldu?

Kimsə deyə bilər ki, mən maddi vəziyyətə görə getmişəm. Xeyr, o zaman burada da imkanım pis deyildi. Bakıda sonuncu filmimQız qalasıoldu. Fikrim var idi ki, bu məşhur mövzudan film çəkim o qız Azərbaycanın bütövlüyünün simvolu olsun. “Qız qalasımənim üçün vacib film idi. Əslində, göstərmək istəyirdim ki, düşmən yanımızdadır. Bu, Azərbaycan animasiyasında ilk 18 dəqiqəlik rəsm filmidir.

– Bu gün Azərbaycanda animasiyanın inkişafı üçün nələr çatışmır?

Düşünürəm ki, bu sahəni maddiyyatı güdmədən gənclərə təbliğ etmək, öyrətmək lazımdır. Bizdə istedadlı gənclər var, lakin onları öyrətməyə mütəxəssislər yoxdur. Gəncləri düzgün yönəltmək, sənətin sirlərini öyrətmək lazımdır.

Bəs müasir dünya animasiyasındakı yeniliklərə münasibətiniz necədir?

– Zaman var idi, nənə otururdu kürsünün qırağında uşaqlara nağıl danışırdı. Nağıllar zamanla keçdi kitaba. Sonra yavaş-yavaş animasiyaya. Sonra kino oldu. İndi animasiya çox inkişaf edib. Bu gün elə bir sənət yoxdur ki, orada animasiya olmasın. Dünyada binaların inşasından tutmuş istənilən sahəni animasiya əhatə edir. Binanın layihəsi, yaxud kosmosa uçuş s. bunların nümayişi animasiyadır. Ona görə animasiyada yeniliklər, fantaziyalar yaranıb.

Kompüter qrafikası ilə işlənmiş oxşar personajlı cizgi filmlərinə uşaqların marağı daha azdır. Rəsm animasiyası isə daha cəlbedicidir...

Kompüter qrafikası oyun animasiyasıdır. Mən Bakıda çalışanda bir film üzərində 40-dan çox adam işləyirdi. 10 dəqiqəlik bir filmi 8 aya başa gətirirdik. İndi texnologiya, sistem tamam dəyişilib. Texnika insanların əməyinin bir hissəsini əvəz edib. Eyni zamanda animasiya sahəsində vəziyyət belədir. Məsələn, əlin aşağıdan yuxarı qalxması prosesində aradakı məsafəni vermək üçün bir neçə faza çəkilirdi. Daha sonra rəngləmək, indi bütün bunlar ixtisara düşüb. Kompüterdə komanda verirsən, hamısını özü rəngləyir. Ancaq rəsm sənəti əsasdır...

– O zaman ildə neçə animasiya filmi istehsal olunurdu?

İldə 4-5 film çəkilirdi. O vaxt maliyyə ayrılırdı. Bu gün animasiya ilə məşğul olmağı düşünürsənsə, ilk növbədə, xaricdə animasiya bazarının tələbini öyrənməlisən. Bunu öyrənmədən, öz ideyanla heç əldə edə bilməyəcəksən...

– Bir qədər Almaniyadakı fəaliyyətinizdən danışaq.

Orada 7 il məktəbdə işlədim. İl yarım digər kino məktəbində animasiyadan dərs dedim. 15 il Berlin Mərkəzi Telestudiyasında müxtəlif animasiya studiyalarında çalışdım 60-dan çox animasiya filmi ərsəyə gətirdim. Bundan əlavə, müxtəlif animasiya studiyalarında da çalışırdım. Daha sonra evdə çalışmağa başladım. Həyat yoldaşım ağır xəstə olduğu üçün ona baxmalı idim. Bu müddətdəRezin xoruzadlı avtobioqrafik kitabımı yazdım, 2020-ci ildə Berlin şəhərində nəşr olundu. Bakıdan festivala dəvət olunanda həmin kitabdan da gətirməyi xahiş etdilər. Gətirib iştirakçılara payladım. Almaniyaya qayıdıb ustad dərslərinə başlayacağam. Əvvəllər intensiv gedirdim, amma indi yaşımla bağlı azaltmışam. Arzum Bakıda gəncləri bir yerə yığıb onlara üç ay müddətində animasiya dərsləri keçməkdir.

Məsud müəllim, gələn il “Tıq-tıq xanım Siçan bəy”in 50 yaşı olacaq.

Bəli, bu filmin 50 illiyi tamam olacaq. Ümidvaram ki, bizim animasiya da inkişaf mərhələsinə qədəm qoyacaq. Bunun üçün, ilk növbədə, tələb düzgün hesablanmış auditoriyaya diqqət etmək lazımdır. Mütləq ilkin addımları atmaq lazımdır. Gənc rejissor Nəzrin AğamalıyevanınHədisanimasiya filmi dünyanın ən böyük animasiya festivalı olan Annecy festivalında iştirak edib. Film 25-dən çox beynəlxalq festivala qəbul olunub ki, onlardan üçü – Annecy, Busan Animest” Oskar standartlı festivallardır. Yəni əsas şərt o deyil ki, qalib olasan. Əsas orada iştirak etməkdir. Biz fəxr etməliyik ki, əziyyətimiz boşa getməyib.

Maraqlı müsahibəyə görə təşəkkür edirəm.

 

L.Azəri

Mədəniyyət.- 2023.- 29 sentyabr.- S.5.