Musiqili Teatrda
“Sükunət paradoksu”
Üzeyir
Hacıbəyli festivalının
tədbirlərindən biri
də sentyabrın
26-da Akademik Musiqili Teatrda reallaşdı. Lüdviq van Bethovenin əsərləri əsasında
“Sükunət paradoksu”
adlı konsert-tamaşa
seyrçi ilə görüşdü.
Skripkaçı Osman Eyyublu ərsəyə
gətirdiyi layihəsi
ilə dahi bəstəkarın yaradıcılıq
dünyasından rəngarəng
bir çələng
təqdim etməyə
çalışdı. Yaradıcılıq
aktının rejissoru
Aleksey Smirnov, səs dizayneri
Səid Qəni idi.
“Cadenza” orkestri ilə əməkdaşlığın bəhrəsi olan layihə musiqinin mahiyyətini araşdıran
və teatr elementləri ilə tamaşaçılara çatdıran
yaradıcılıq məhsuludur.
Dinləyici tənhalıq və
yadlaşma, insan ruhunun kövrəkliyi, mərhəmət və özünü qarşısındakının
yerində hiss etmə
kimi mövzular ətrafında müzakirələrdə
iştiraka dəvət
olunur.
Tamaşada L.Bethovenin solo və kamera pyeslərinin yalnız aram templərdəki hissələrindən istifadə
edilib. Məhz buna görə onun ikinci adı “8 Adajio, 1 Andante”dir. Bethovenin məşhur
vəsiyyətnaməsinə istinadən bəstəkarın
yalnızlığının və onun həssas
qəlb sahibi olmasının həyəcanverici
bir hekayəsi öz musiqiləri vasitəsilə nəql olunur.
Səhnə aktı tamaşaçılara
təsirli anlar yaşatdı.
Həmidə
Mədəniyyət.-
2023.- 29 sentyabr.- S.3.