ADA Universitetində “Üzeyir
sənətinin gənclik
sədaları”
Sentyabrın 26-da festival çərçivəsində
növbəti konsert proqramı ADA Universitetində
təşkil olunub. Ölkəmizin ərazi bütövlüyü və
suverenliyi uğrunda döyüşlərdə şəhid
olan Vətən övladlarının əziz
xatirəsinə həsr
edilən konserti izləyənlər sırasında
universitetin rəhbərliyi
və Mədəniyyət
Nazirliyinin əməkdaşları
da olub.
Təhsildə yenilikçi olan
universitetdə hələ
bir neçə gün əvvəl festival
çərçivəsində təşkil ediləcək
tədbirlə bağlı
tələbələrə “Mədəniyyət Nazirliyi
ilə birgə dünya şöhrətli
bəstəkarımızın əbədiyaşar irsinə
həsr olunmuş xüsusi tədbir keçirəcəyik. Görkəmli
bəstəkar və Azərbaycan klassik musiqisinin atası Üzeyir Hacıbəylinin
yazdığı musiqi
şedevrlərinin dərin
təsirini hiss edin”, -
deyə müraciət
olunmuşdu.
“Üzeyir sənətinin gənclik sədaları” adlı konsertdə lirik notlardan süzülən əsərlərlə
yanaşı, qəhrəmanlığa
çağıran cəngi
sədaları da səslənib.
Gənc və istedadlı dirijor Mustafa Mehmandarovun idarəsi ilə Bakı Kamera Orkestri, solistlər Yeganə Axundova (piano) Atəş Qarayev (vokal), Arzu Əliyeva (xanəndə)və Emil Bağırov (klarnet) universitetin müəllim və tələbə heyəti qarşısında
çıxış ediblər.
Proqramda Ü.Hacıbəylinin “Aşıqsayağı”, “Sevgili canan”, Niyazinin “Laylay”, A.Əlizadənin “Cəngi”, A.Məlikovun “Noktürn”, Q.Qarayevin “İki rəqs” və T.Quliyevin “Qaytağı” əsərləri təqdim olunub. Konsert proqramı F.Əmirovun “Nizami” simfoniyası ilə yekunlaşıb.
Mədəniyyət.-
2023.- 29 sentyabr.- S.3.