Maestro haqqında xatirələr
ilk dəfə Azərbaycan
dilində
Üzeyir
Hacıbəyli XV Beynəlxalq
Musiqi Festivalı çərçivəsində sentyabrın 25-də BMA-da Azərbaycan
Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin təşkilatçılığı ilə “Niyazi xatirələrdə” kitabının
təqdimat mərasimi
olub.
Təqdimatda əvvəlcə Ulu öndər Heydər Əliyevin Niyazinin 90 illik yubileyində görkəmli sənətkar
haqqında çıxışının
videoyazısı nümayiş
etdirilib.
Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin direktoru Əməkdar mədəniyyət
işçisi Alla Bayramova çıxışı
zamanı Azərbaycanda
Milli Musiqi Günü
ərəfəsində yenicə
nəşr olunmuş
“Niyazi xatirələrdə”
kitabının musiqi ictimaiyyəti və musiqisevərlər üçün
bir töhfə olduğunu qeyd edib. Bildirilib ki, bu nəşrdə Niyazi haqqında 1987-ci ildə rus dilində
işıq üzü
görən “Maestro Niyazi.
Xatirələr, məqalələr,
məktublar” kitabının
(tərtibçilər Həcər
Hacıbəyova və
Əsildar Hüseynov)
“Xatirələr” bölməsinin
rus dilindən ilk dəfə tərcüməsi
təqdim olunur. Kitab Niyazinin şəxsiyyəti,
yaradıcılığı və ümumilikdə XX əsr Azərbaycan musiqi mədəniyyəti
ilə maraqlanan geniş oxucu kütləsi üçün
nəzərdə tutulub.
Kitabda xatirələri yer alan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı
Anar görkəmli sənətkarın ömür
və sənət yolunun maraqlı məqamları haqqında
məlumat verib. Bildirib ki, ölkəmizdə
milli dirijorluq məktəbinin
formalaşması Niyazinin
adı ilə bağlıdır.
BMA-nın professoru, Xalq artisti Xuraman
Qasımova və Azərbaycan Bəstəkarlar
İttifaqının katibi
Əməkdar incəsənət
xadimi Zemfira Qafarova sənətkarın
həyat və yaradıcılığından söz açıblar. Niyazinin bütün həyatı boyu Azərbaycan musiqisində yaranmış yeni əsərlərin
təbliğində, beynəlxalq
aləmdə şöhrət
qazanmasında müstəsna
xidmətlər göstərdiyi
vurğulanıb.
Çıxışlar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış
videoçarxla müşayiət
olunub. Təqdimat Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət
zəngin konsert proqramı ilə davam edib.
Sonda Niyazinin qohumu Sahib Qədimov tədbirin təşkilində əməyi
keçən hər kəsə təşəkkür
edib.
Mədəniyyət.-
2023.- 29 sentyabr.- S.5.