Üzeyir bəy soraqlı daha bir musiqi bayramı tarixə qovuşdu...

 

Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində gerçəkləşən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı yaddaşlarda silinməz iz qoydu. Sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında festivalın bağlanış mərasimi keçirildi.

Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, tanınmış mədəniyyət incəsənət xadimləri, musiqisevərlər iştirak edirdilər.

Bağlanış mərasimində almaniyalı dirijor Valentin Egelin rəhbərliyində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə solistlər Chloe Kiffer (violin, Fransa), Henri Demarquette (violonçel, Fransa) Aleksandr Mutuzkin (piano, ABŞ) çıxış etdilər.

Proqramda L.V.Bethoven, K.Debüssi F.Qarayevin əsərləri səsləndirildi.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq hər il keçirilən festival bu il müxtəlif ölkələrdən tanınmış ifaçı kollektivləri, dirijorları bir araya gətirdi. ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur, Almaniya digər ölkələrdən musiqiçilərin iştirakı ilə maraqlı konsertlər, ustad dərsləri s. təşkil olundu. 15-ci festivalın ən əlamətdar hadisəsi isə açılış mərasiminin görkəmli bəstəkar Arif MəlikovunMəhəbbət əfsanəsibaletinin Heydər Əliyev Sarayında nümayişi oldu. Uzun illərdən sonra bəstəkarın öz vətənində səhnələşdirilənMəhəbbət əfsanəsi”ndə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri ilə yanaşı, xarici teatrlardan dəvət olunan solistlər rol almışdı.

Xatırladaq ki, dahi Üzeyir bəyin doğum gününün (18 sentyabr) musiqi bayramı kimi qeyd edilməsi ənənəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin 1995-ci ildə bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü (“Üzeyir musiqi günü”) kimi qeyd olunur.

Beləliklə, ölkəmizin suverenliyinin tam bərpa olunduğu çox əlamətdar bir dönəmdə Üzeyir bəy soraqlı daha bir musiqi bayramı tarixə qovuşdu. Yeni festivallarda görüşmək diləyilə.

 

Mədəniyyət.- 2023.- 29 sentyabr.- S.1.