Şanlı Zəfərin ilk addımlarının
atıldığı tarix
Bir sıra ölkələrdə
Anım Günü ilə bağlı tədbirlər keçirilib
27 sentyabr – Anım Günü münasibətilə
bir sıra ölkələrdə tədbirlər
keçirilib. Tariximizə
qızıl hərflərlə
yazılan 2020-ci ilin
44 günlük Vətən
müharibəsində qazandığımız
şanlı Zəfərdən
söz açılıb.
Azərbaycanın Pakistandakı Səfirliyində
Anım Günü ilə bağlı tədbir təşkil edilib. Tədbirdə “Vətən müharibəsi
tarixi: şəxsiyyət
faktoru” kitabının
təqdimatı da olub.
Səfir
Xəzər Fərhadov
Vətən müharibəsindən
söhbət açıb,
Ordumuzun 2020-ci ildə
Ermənistanın 30 ilə
yaxın davam edən hərbi təcavüzünə 44 gündə
son qoyub, bütövlüyümüzü
təmin etdiyini diqqətə çatdırıb.
X.Fərhadov bu günlərdə (19-20 sentyabr)
Azərbaycanın Qarabağ
iqtisadi rayonunda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri barədə
də danışıb.
Səfir
“Vətən müharibəsi
tarixi: şəxsiyyət
faktoru” kitabı haqqında da məlumat verib, nəşri qonaqlara təqdim edib.
Pakistan Senatının Müdafiə
komitəsinin sədri
Müşahid Hüseyn
Seyid, senator Məhəmməd
Talha Mahmud və Pakistanın
Ortaq Gələcəyə
Malik Cəmiyyət naminə
Araşdırmalar Mərkəzinin
icraçı direktoru
Xalid Teymur Əkrəm Azərbaycanın
öz torpaqlarını
erməni işğalından
azad etməsi münasibətilə təbriklərini
çatdırıblar.
***
Fransadakı səfirliyimizdə keçirilən
anım tədbirində
səfir Leyla Abdullayeva
çıxış edərək
Vətən müharibəsinin
səbəb və nəticələri barədə
söz açıb. Bildirib ki, Prezident, müzəffər Ali Baş
Komandan İlham Əliyevin
rəhbərliyi ilə
rəşadətli Ordumuzun
qəhrəmanlığı sayəsində torpaqlarımız
işğaldan azad edilib, xalqımız ümdə arzusuna qovuşub. Azərbaycanın
müstəqilliyini, Vətənimizin
ərazi bütövlüyünü
hər şeydən üstün tutan, bu yolda canlarından
keçmiş şəhidlərimizin
xatirəsi yaddaşımızda
əbədi həkk olunub.
***
“Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının”
(ABİA) və İraqın
Telafər şəhər
meriyasının birgə
təşkilatçılığı ilə anım tədbiri keçirilib.
İraqın türkmənlər yaşayan
Telafər şəhərindəki
Gənclik Mərkəzində
təşkil olunan tədbirdə şəhərin
meri Seyid Qasim Şərifi çıxış
edərək Azərbaycanın
öz ərazi bütövlüyünün bərpası
uğrunda apardığı
Vətən müharibəsi
zamanı türkmənlərin
ruhən onların yanında olduqlarını
və mənəvi dəstək verdiklərini,
Azərbaycanın uğurlarına
sevindiklərini deyib.
O, Azərbaycan ərazilərinin
işğalı dövründə
baş vermiş erməni vandalizmini İraqdakı İŞİD dövrü
zülmü ilə müqayisə edib. Şəhər meri antiterror əməliyyatlarındakı
uğuru və suverenliyinin tam bərpası
ilə əlaqədar
Azərbaycana təbriklərini
çatdırıb.
ABİA-nın heyətinin sədri Elçin Əsgərov İraqın
türkmən əhalisinin
Azərbaycana göstərdiyi
ardıcıl mənəvi
dəstəyə görə
təşəkkürünü bildirib. Digər çıxışlarda da İkinci
Qarabağ müharibəsində
Qələbənin bütün
Türk və
İslam dünyaları üçün
əhəmiyyəti qeyd
olunub. Telafərin bütün türkmən
tayfalarının başçıları
və İraq Türkmən
Cəbhəsinin yerli təşkilatının rəhbərliyi
Azərbaycanın haqq
işinə dəstək
nümayiş etdiriblər.
Daha sonra “44 günlük qəhrəmanlıq salnaməsi”
adlı fotosərgiyə
baxış olub.
***
Azərbaycan Turizm Bürosu İsrail nümayəndəliyinin
dəstəyi ilə ölkəmizin İsraildəki
səfirliyi tərəfindən
Təl-Əviv şəhərində
anım tədbiri təşkil edilib.
Səfir
Muxtar Məmmədov tarixi Qələbəmizdən
Azərbaycan Ordusunun göstərdiyi böyük
şücaətdən danışıb.
Diplomat Azərbaycanın daim yanında olan qardaş Türkiyənin,
həmçinin İsrail
Dövlətinin göstərdiyi
əvəzsiz dəstək
barədə məlumat
verib.
Sonda Azərbaycanın Müdafiə
Nazirliyi tərəfindən
hazırlanan və 27 sentyabr – Anım Gününə həsr olunan videoçarx nümayiş etdirilib.
***
Azərbaycanın Macarıstandakı Səfirliyində
keçirilən tədbirdə
səfir Tahir Tağızadə
çıxış edərək
Anım Gününün
xalqımız üçün
iki mühüm məna daşıdığını
diqqətə çatdırıb.
Deyib ki, sentyabrın
27-də qəhrəmanlarımızın
xatirəsini yad etməklə
yanaşı, Ali Baş
Komandanın rəhbərliyi
ilə 44 günlük
Vətən müharibəsində
qazanılmış tarixi
Zəfərin başladığı
gün kimi də qeyd olunur.
T.Tağızadə Macarıstanın
ölkəmizin beynəlxalq
hüququn prinsiplərinə
əsaslanan mövqeyinə
göstərdiyi dəstəyin
Cənubi Qafqaz bölgəsində uzunmüddətli
sülhə nail olunmasına,
eləcə də Avropanın təhlükəsizlik
arxitekturasının möhkəmləndirilməsinə
xidmət etdiyini vurğulayıb.
Sonra tədbir iştirakçıları
44 günlük Vətən
müharibəsinə həsr
edilmiş videoçarxı
izləyiblər.
***
Anım
Günü ilə əlaqədar Bolqarıstan
mediasında materiallar
dərc olunub.
Ölkəmizin Bolqarıstandakı Səfirliyindən
bildirilib ki, məlumatlarda
dünya azərbaycanlıları
tərəfindən sentyabrın
27-də Azərbaycanın müstəqilliyi,
suverenliyi və ərazi bütövlüyü
uğrunda canlarından
keçmiş bütün
qəhrəmanların xatirəsinin
dərin ehtiramla yad edildiyi diqqətə çatdırılır. Qeyd
olunur ki, Azərbaycan Qarabağ bölgəsindəki
erməniəsilli əhalini
öz vətəndaşları
kimi qəbul edir, onların bütün hüquq və azadlıqlarını
təmin etməyə
hazırdır.
***
Azərbaycanın Dubaydakı Baş
konsulluğunda ölkəmizin
Birləşmiş Ərəb
Əmirliklərində səfirliyi
ilə birlikdə anım mərasimi təşkil edilib.
Baş konsul Cavidan Hüseynov qeyd edib ki, Vətən müharibəsində Prezidenti,
Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi
altında Ordumuz tərəfindən 44 gün
ərzində 300-dən çox
şəhər və
kəndimiz işğaldan
azad olunub, Ermənistan 10 noyabr tarixində kapitulyasiya aktını imzalamağa məcbur edilib. Diplomat bir neçə gün əvvəl Qarabağda aparılan uğurlu antiterror tədbirləri
nəticəsində Azərbaycan
ərazisində təxribatlar
törədən qanunsuz
erməni hərbi birləşmələrinin tərk-silah
edildiyini, dövlətimizin
bütün Qarabağ
bölgəsində suveren
hüquqlarının bərpa
olunduğunu diqqətə
çatdırıb.
Vətən müharibəsi qazisi Polad Rzayev dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Tədbirdə P.Rzayevdən bəhs edən videomaterial nümayiş olunub.
Mədəniyyət.-
2023.- 29 sentyabr.- S.8.