Mədəniyyət müəssisələrində fəaliyyətin səmərəli təşkili diqqətdə saxlanılmalıdır

 

Xəbər verdiyimiz kimi, sentyabrın 28-də mədəniyyət naziri Adil Kərimli Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbuldan sonra nazir şəhərdəki bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.

İlk olaraq Mingəçevir Dövlət Dram Teatrına baş çəkən nazirə mədəniyyət ocağının tarixi, maddi-texniki imkanları, cari vəziyyəti repertuarı haqqında məlumat verilib.

Nazir daha sonra Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 nömrəli onbirillik Musiqi məktəbi, mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası, Tarix Muzeyi, Mədəniyyət Mərkəzi, MKS-nin 9 saylı filialına baxış keçirib.

Baxış zamanı müəssisələrdə mövcud olan problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq tövsiyələr verilib.

Nazir son olaraq tarixi Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsinin şəhid qardaşları Əli İslam Əhmədovların Ev-Muzeyində olub.

Şəhid qardaşların anası Sevinc Əhmədova oğullarının döyüş yolu, həmçinin muzeydə saxlanılan eksponatlar haqqında məlumat verib.

 

Nurəddin

Mədəniyyət.- 2023.- 29 sentyabr.- S.4.