Əsgər və zabitlərimizin
igidliyinin, xalqımızın
əzminin simvolu
Sentyabrın 27-də – Anım Günündə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
Dövlətimizin başçısı və
birinci xanım parkın girişində xatirə daşının
önünə gül
dəstələri qoyublar.
Qeyd edək
ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamda
Azərbaycan xalqının
Vətən müharibəsində
göstərdiyi misilsiz
qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi
Zəfərin yaddaşlarda
yaşadılması və
ictimaiyyətə nümayiş
etdirilməsi, şəhidlərimizin
əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda
Vətən Müharibəsi
Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Ötən müddətdə
Vətən Müharibəsi
Memorial Kompleksinin və Zəfər Muzeyinin layihəsi hazırlanıb. Layihəyə
əsasən, torpaqlarımızın
azad olunması uğrunda tarixi Qələbəyə gedən
yolu, Vətən müharibəsində qəhrəmancasına
döyüşmüş əsgər
və zabitlərimizin,
bütün şəhidlərimizin
xatirəsini yaşatmaq
məqsədilə kompleksin
ərazisində muzeyin
yaradılması nəzərdə
tutulur. Muzey kompleksində Vətən
müharibəsi şəhidlərinin
hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan
azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın
əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə
olunacaq.
8 Noyabr prospektində
inşa olunan Zəfər parkı doqquz hektardan çox ərazini əhatə edəcək.
Əraziyə girişdə
44 tağ elementindən
istifadə edilib. Tağlar Qələbəyə
aparan rəmzi yolun başlanğıcını
tərənnüm edəcək.
Giriş portalındakı
tağın hündürlüyü
44, eni isə 22 metr olacaq. Tağın
üzərində Vətən
müharibəsi qəhrəmanlarının
adları həkk ediləcək. Tağın
üst hissəsindəki
ağac elementi böyüyən Azərbaycan,
pöhrələnmə, firavanlıq,
yeni həyata və Qələbəyə
aparan simvolik yol təsəvvürü
yaradacaq.
Zəfər Muzeyinin əsas girişində yaradılacaq
“Dəmir yumruq” simvolunun üzərində
Qələbənin tarixi
qeyd ediləcək. “Dəmir yumruq” Zəfərin əsasında
dayanan Lider, Xalq, Dövlət və Ordu birliyinin
rəmzi olacaq. Muzeyin divarında Birinci və İkinci Qarabağ müharibələrində şəhid
olmuş əsgər və zabitlərimizin adları həkk ediləcək.
Parka doğru
keçid hissədə
8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq. Abidə iki güclü əlaməti
– Zəfər Gününü
və sonsuzluğun rəmzi kimi sarsılmaz birliyi təcəssüm etdirəcək.
Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış
və bəzək elementlərini əks etdirən yaşıllıq
salınacaq.
Zəfər parkında həmçinin
tematik bağça, kaskad tipli şəlalə,
Qarabağ yaddaş bağçası, parka ümumi baxış nöqtəsi yaradılacaq.
Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası
nəzərdə tutulur.
Yaddaş bağçası
parkın son hissəsində yaradılacaq.
Bu hissəyə enən cığır hündür haşiyəli
çiçək və
yaşıllıqlarla əhatə
olunacaq. Yaddaş bağçasının ətrafında
istirahət guşələri
və oturacaqlar qoyulacaq. Su hövzəsinin
mərkəzində isə
Azərbaycan Bayrağı
dalğalanacaq. Azadlıq
Bayrağı Meydanına
gedən yol Vətən müharibəsinin
rəmzi kimi 44 bürünc döşəmədən
ibarət olacaq.
Mədəniyyət.- 2023.- 29 sentyabr.- S.1;2.