Mədəniyyətimizin böyük hamisi
İllərin xronikasından
Ümummilli lider
Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq
dövrdə, doğma
xalqının taleyində
tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli
incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada
mədəni-maarif işinin
qabaqcıl səviyyədə
təşkili sahəsində
də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin
mədəniyyətə diqqət
və qayğısı
onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində
– sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada,
SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı
səhifələrlə yazılıb.
O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük
hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları
“Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim
edirik...
(əvvəli ötən sayımızda)
1996-cı il 13 sentyabr
Prezident Heydər
Əliyev Azərbaycan
Dövlət Ədəbiyyat
və İncəsənət
Arxivinə görkəmli
ədəbiyyatşünas Salman Mümtazın (daha öncə Əlyazmalar İnstitutu onun adını daşıyırdı – red.),
Elmlər Akademiyasının
Əlyazmalar İnstitutuna
dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin adının
verilməsi haqqında
sərəncamlar imzalayıb.
“Füzuli ensiklopediyası”nın hazırlanması
və nəşr edilməsi ilə bağlı sərəncam
imzalayıb.
1996-cı il 18 sentyabr
Görkəmli Azərbaycan bəstəkarı
Müslüm Maqomayevin
110 illiyinə həsr
olunmuş yubiley gecəsində çıxış
edib.
“...Biz Müslüm
Maqomayevin 110 illik yubileyinin keçirilməsində
bir qədər gecikmişik, ancaq hesab edirəm ki, onu layiqincə
qeyd etdik... Siz, sənət ustaları həm bizim görkəmli bəstəkarlarımızın yaradıcılığını, həm də öz yaradıcılığınızı
nümayiş etdirdiniz.
...Mən Moskvadan,
Kiyevdən gələn
qonaqlarımıza xüsusilə
minnətdaram. Onların
Müslüm (Maqomayev)
və Tamara (Sinyavskaya) ilə birlikdə buraya gələrək bu konsertə rövnəq vermələrini əlamətdar
nailiyyət hesab edirəm. Hamımızın
ayrıldığı, müstəqil
dövlətlərə çevrildiyi
indiki vaxtda bu, qeyri-adi hadisədir.
Görün, tamaşaçılarımız
sizin hamınızı
necə qarşıladılar...
Müslüm və Tamara “Azərbaycan” mahnısını
ifa edəndə mən iftixar hissi keçirdim ki, bu mahnı
70-ci illərdə, mən
Azərbaycana rəhbərlik
edəndə, respublikamızı
tanıtmaq, Azərbaycanın
incəsənətini göstərmək
üçün hər
şeyi etdiyim vaxt yaranmışdır. Azərbaycanı tərənnüm
edən başqa gözəl mahnılar, o cümlədən Polad Bülbüloğlunun bəstələdiyi
və Müslüm Maqomayevin ifasında xüsusilə yaxşı
səslənən mahnılar
da var idi.
Lakin yenə mahnılar gərək idi və Müslüm
Maqomayev Nəbi Xəzrinin şeirinə həmin “Azərbaycan” mahnısını bəstələdi.
Mən ümumiyyətlə,
hissiyyatlı adamam, musiqi, mahnılar məni həmişə həyəcanlandırır. Lakin
o zaman ki, bu mahnını ifa edirlər, mən özümü xoşbəxt sanıram.
Musiqimizin ağsaqqalı
Tofiq Quliyev həmişəki kimi bu gün də
gözəl çıxış
etdi. Mən onu görəndə həmişə sevinirəm...
Rauf Abdullayev bu gün fərqlənirdi,
orkestri çox yaxşı idarə edirdi... Bilirsiniz, əgər burada hər birinizdən söhbət açsam, onda sizin tərcümeyi-halınızı
özünüzdən daha
yaxşı danışaram.
Hamınız gözəl,
əla çıxış
etdiniz...
...Çətinliklərə
baxmayaraq, mədəniyyətimiz
yaşayır. Yaxın
vaxtlarda mən mədəniyyət xadimlərinə
kömək göstərilməsi
üçün tədbirlər
görəcəyəm. İndiki
çətin şəraitdə
mədəniyyət və
incəsənət xadimlərimizin
öz işlərini fədakarlıqla davam etdirmələri isə məni çox sevindirir...”.
1996-cı il 4 oktyabr
Xalq yazıçısı
İlyas Əfəndiyevin
dəfn mərasimində
iştirak edib.
1996-cı il 22 oktyabr
Türkdilli ölkələrin
dövlət başçılarının
dördüncü Zirvə
görüşündə iştirak etmək üçün Daşkəndə
səfəri zamanı
“Teymurilərin tarixi” dövlət muzeyində, Səmərqənddə Əmir
Teymurun məqbərəsində
və “Registan” tarixi kompleksində olub.
Zirvə görüşündəki
nitqindən: “...Dahi mütəfəkkirlərimizin yaradıcılığı,
“Dədə Qorqud”, “Manas”, “Alpamış” kimi minillik tarixə
malik eposlarımız
bizim ümumi mədəni sərvətimizdir,
xalqlarımızın yüksək
mənəviyyatının təməlidir... Daşkənd
görüşümüz özbək xalqının
böyük oğlu Əmir Teymurun 660 illiyi ilə bir vaxta düşür.
Yubiley mərasimlərində
müstəqil türkdilli
dövlətlərin prezidentlərinin
iştirakı əlamətdar
tarixi hadisədir, getdikcə möhkəmlənən
birliyimizin sübutudur...”.
1996-cı il 23 oktyabr
Bakıda MDB və Baltika ölkələrinin “Filmfest
– 96” festivalının açılış
mərasimindən sonra
iştirakçılarla görüşdə
çıxış edib.
1996-cı il 29 oktyabr
Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılış
mərasimində nitq söyləyib.
“Burada çıxış
edən şəxslər
Hüseyn Cavidin yaradıcılığı haqqında,
Azərbaycan xalqı qarşısında onun xidmətləri haqqında
ətraflı danışdılar...
Məhz bunlara görə də biz 1981-ci ildə Hüseyn Cavidin 100 illik yubileyi haqqında böyük bir qərar qəbul etdik. Bu gün böyük
iftixar hissi ilə deyə bilərəm ki, mən bu qərarın
həm təşəbbüskarıyam,
həm də müəllifiyəm...
Burada deyildi,
1982-ci ildə Hüseyn
Cavidin cənazəsini
Uzaq Sibirdən Azərbaycana gətirmək
asan iş deyildi. Bu, böyük
iradə, cəsarət
tələb edirdi. Ancaq xalqımıza, millətimizə, tariximizə,
mədəniyyətimizə, ədəbiyyatımıza, mənəviyyatımıza
olan sədaqət mənə belə bir cəsarət göstərməyə imkan
verdi. O vaxt Hüseyn Cavidin cənazəsini Azərbaycana
gətirərkən müxtəlif
fikirlər var idi. Yazıçılarımız,
alimlərimiz, ziyalılarımız
fikir mübadiləsi apardılar. Onlar qərar qəbul etdilər. Bu, mənim də qərarım idi ki, cənazə Naxçıvana gətirilsin...
O məqsədlə ki,
bu, adi qəbir
olmayacaq. Qəbirin üzərində məqbərə
tikiləcək və
bu, böyük bir abidəyə çevriləcəkdir.
Belə fikirlərlə,
arzularla o vaxt biz bu qərarı
qəbul etdik. Təəssüflər olsun
ki, bunu sonrakı illərdə həyata keçirmək mümkün olmadı...
...Nəhayət, biz böyük bir abidənin önündə durmuşuq,
bayram edirik. Bu gün böyük
iftixar hissi ilə bu abidəni
birlikdə açmağa
gəlmişik...
Naxçıvanda böyük memarlıq abidələrimiz var. Bu abidə də
həmin ənənələrin
davamıdır... Bu abidəni yaradanlara, inşası ilə məşğul olanlara təşəkkür edirəm.
Memar Rasim Əliyevə, heykəltaraş
Ömər Eldarova,
“Star” şirkətinə təşəkkür
edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, memarlarımız, rəssamlarımız,
heykəltaraşlarımız, mədəniyyət xadimlərimiz
Azərbaycan mədəniyyətini
bundan sonra da inkişaf etdirəcəklər...”.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət.-
2023.- 29 sentyabr.- S.5.