Millət vəkili Qənirə Paşayeva vəfat edib

 

 

Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixində, 48 yaşında vəfat edib.

Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor olan Qənirə Paşayeva uzun illər media sahəsində fəaliyyət göstərib. 20-dən artıq elmi, publisistik kitabın, bədii əsərin yüzlərcə məqalənin müəllifidir. 20-yə yaxın sənədli filmin ssenari müəllifi baş məsləhətçisi olub. 2005–2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2012–2015-ci illərdəOdlar YurduUniversitetində Siyasi elmlər kafedrasının müdiri vəzifələrində çalışıb.

Qənirə Paşayeva 2005-ci ildən 3, 4, 5 6-cı çağırış Milli Məclisin üzvü olub. 2020-ci ildən Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi.

Mədəniyyətqəzeti redaksiyasının kollektivi Qənirə Paşayevanın vəfatından kədərlənir, mərhumun ailəsinə yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2023.- 29 sentyabr.- S.2.