Cadenza” 2022-yə “Kiçik dəniz küçəsi” ilə yekun vurub

 

Cadenzaorkestri (bədii rəhbər Türkər Qasımzadə) ötən ilə Beynəlxalq Muğam Mərkəzində “Kiçik dəniz küçəsi” adlı konsert proqramı ilə yekun vurub.

Konsertdə Tahir İbişovunHalqa”, “Şəkil dəftərindən təsvirlər, Səid Qəninin “Adajio”, “Proyeksiyalar”, Ayaz Qəmbərlinin “İlğım”, “Kiçik dəniz küçəsi”, Türkər Qasımzadənin “Zikr”, “G.Rixterin üç foto-rəsmi üçün musiqi” əsərləri səsləndirilib. Solo piano üçün yazılmış əsərlər Humay Qasımzadə, Fəqan Həsənli, Zakir Əsədovun ifasında dinləyicilərə təqdim olunub.

Konsertdə ilk dəfə səslənən “Şəkil dəftərindən təsvirlər”i bəstəkar Tahir İbişov şair Səlim Babullaoğlunun türkiyəli fotoqraf İlyas Göçmənin fotosuna yazdığı “Təsvirə ithafşeiri əsasında bəstələyib. Əsər solist İslama Abdullayevanın ifasında maraqla qarşılanıb. Səid Qəninin “Adajiosu da bu konsertdə ilk dəfə ifa olunub.

Proqramda səslənən səkkiz əsər Azərbaycan bəstəkarlıq məktəbinin ən yeni nümunələrindəndir.

 

Mədəniyyət.- 2023.- 6 yanvar.- S.5.