Fortepiano, orqan və
klavesin...
BMA-nın kafedrasının 70 illiyi konsertlə qeyd edilib
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Fortepiano, orqan və klavesin kafedrasının 70 illiyi konsertlə qeyd edilib.
BMA-nın böyük zalında kafedranın müdiri professor Afaq Rüstəmovanın bədii rəhbərliyi ilə təşkil edilən (28 dekabr) konsertdə Azərbaycan və xarici ölkə bəstəkarların əsərləri səsləndirilib.
Xalq artisti, professor Xuraman Qasımova və musiqişünas, BMA-nın dosenti Xatirə Həsənzadə kafedranın tarixindən söz açıb, yubileylə əlaqədar həmkarlarını təbrik ediblər.
Konsertdə Xalq
artistləri Ülviyyə Hacıbəyova, Gülnaz
İsmayılova, Əməkdar incəsənət xadimi Kəmalə Neymanova,
Əməkdar müəllim Adilə Mailova,
dosentlər Dilşad Əliyeva, Tofiyə Cavadova, Aynur Xəlilova, İdris Zeynalov, Əməkdar
artist Nigar Məlikova
və BMA-nın digər əməkdaşları, eləcə
də qonaq ifaçılar – Rəşid Behbudov adına
Dövlət Mahnı Teatrının solisti,
Əməkdar artist Aynur
İsgəndərli, Azərbaycan Dövlət Akademik
Opera və Balet
Teatrının solisti Atəş Qarayev, “Muğam” televiziya müsabiqəsinin qalibi
Babək Şuşalı, habelə BMA-nın tələbələri
çıxış ediblər.
Mədəniyyət.- 2023.- 6
yanvar.- S.5.