“Azərbaycan multikulturalizmi”
dünya universitetlərində
Dünyanın müxtəlif ölkələrində ümumilikdə 24 universitetdə Azərbaycan multikulturalizmi fənni magistratura pilləsində tədris olunur.
Bu barədə məlumat Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2022-ci ilin yekunlarına dair hesabatında bildirilir.
BBMM tərəfindən 2015-ci ildən
həyata keçirilən layihə çərçivəsində
hazırda Azərbaycan multikulturalizmi fənni
Bolqarıstan, Rusiya, Çexiya,
Litva, İndoneziya, Gürcüstan, Portuqaliya,
Polşa, Türkiyə, İtaliya,
İsveçrə, Almaniya, Belarus, Ukrayna, İsveç, Yaponiya, Hindistan, Rumıniya və Braziliyanın
universitetlərində magistratura pilləsində
tədris edilib. 2022-ci il ərzində 11 xarici
ölkə universitetində (Ural Federal Universiteti – Rusiya, Müqəddəs Kliment
Orxidski adına Sofiya Universiteti – Bolqarıstan, Aleksandr
İoan Kuza Universiteti – Rumıniya, Taras
Şevçenko adına Kiyev
Milli Universiteti – Ukrayna, Şri Şri Universiteti – Hindistan, Hokkaydo Universiteti – Yaponiya, Gadjah Mada Universiteti
– İndoneziya, Pekin Xarici Dillər Universiteti –
Çin, Paraiba Federal Universiteti – Braziliya, Vroçlav Universiteti – Polşa, Erciyəs
Universiteti – Türkiyə) Azərbaycan multikulturalizmi fənninin tədrisi davam edib.
Mədəniyyət.- 2023.- 6
yanvar.- S.3.