Milli Kitabxananın əməkdaşları
Türkiyədə treninqlərə qatılıblar
Azərbaycan Milli Kitabxanasının elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılovanın rəhbərliyi ilə bir qrup mütəxəssis Türkiyə Mədəniyyət və Turizm Nazirliyi kitabxanalarının təcrübəsini öyrənmək və müvafiq treninqlərdə iştirak etmək üçün Ankarada olub.
Treninqlər Mədəniyyət Nazirliyi şəbəkəsinə daxil olan kitabxanalarda Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin (AKİS) tətbiqi ilə əlaqədar təşkil edilib.
Türkiyə Milli Kitabxanasında həm təşkilati işlərlə, həm də xalq kitabxanalarında avtomatlaşdırma proqramının tətbiqi təcrübəsi ilə bağlı təlimlər keçirilib, ayrı-ayrı kitabxanaların bu istiqamətdə gördüyü işlərlə yerində tanışlıq olub. Eyni zamanda “Koha” Avtomatlaşdırılmış Kitabxana Sistemi haqqında müzakirələr aparılıb və sistemin üstünlükləri haqqında fikirlər söylənilib.
Türkiyə Milli Kitabxanasında “Koha” Avtomatlaşdırılmış Kitabxana Sistemi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının mütəxəssislərinə təcrübi məşğələlər keçirilib.
Azərbaycan Milli
Kitabxanasının əməkdaşları ezamiyyə
müddətində Türkiyə Prezidenti
Administrasiyasının Millət Kitabxanasında, Qazi Universiteti
Kitabxanasında və digər kitabxanalarda
da iş prosesi ilə yaxından tanış olublar
Mədəniyyət.- 2023.- 6
yanvar.- S.7.