“Bir qərinə
keçsə də, unutmadıq!”
Hər bir xalqın özünü dərk etməsində dönüş nöqtəsi olan, qan yaddaşında silinməz iz qoyan hadisələr var. 1990-cı il yanvarın 20-nə keçən gecə Azərbaycan tarixinə əbədi yazılıb. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş o qanlı gecədən bir qərinə – 33 il keçir...
Yanvarın 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Bir qərinə keçsə də, unutmadıq!” adlı tədbir keçiriləcək.
Tədbirdə 20 Yanvar hadisələrdən
söhbət açılacaq, o qanlı
gecənin günahsız qurbanlarına həsr olunmuş
videoçarx nümayiş
etdiriləcək. Beynəlxalq hərbi
mahnılar müsabiqəsinin mükafatçısı Rauf Məmmədzadənin, respublika
və beynəlxalq müsabiqələr laureatı pianoçu Əli Vahidov və
tələbələrinin ifasında vətənpərvərlik
ruhunda musiqi nömrələri
səsləndiriləcək.
Mədəniyyət.- 2023.- 11
yanvar.- S.3.