Mədəniyyətimizin böyük hamisi

 

İllərin xronikasından

 

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə geniş anlamda diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

***

(əvvəli ötən sayımızda)

1971-ci il 19 mart

Heydər Əliyev Azərbaycan Teleqraf Agentliyinin (indiki AZƏRTAC) 50 illiyi münasibətilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən təntənəli yığıncaqda iştirak edib.

1971-ci il 1 aprel

Moskvada Sov. İKP-nin XÕIV qurultayında nitq söyləyən Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev respublikada mədəniyyət sahəsinin inkişafından da söz açıb. Heydər Əliyev qurultayda SSRİ-nin ali partiya orqanıSov. İKP MK-nın üzvü seçilib.

1971-ci il 15 aprel

Azərbaycan SSR- SSRİ Nazirlər Sovetinin Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının keçiciQırmızı bayrağı”nın təqdim edilməsi mərasimində nitq söyləyən Heydər Əliyev respublikada mədəni-maarif işindən, bu sahədə qarşıda duran vəzifələrdən bəhs edib.

1971-ci il 3 iyun

Heydər Əliyev Azərbaycan yazıçılarının V qurultayında nitq söyləyib. Qeyd etmək lazımdır ki, Heydər Əliyev 1971-ci ildən başlayaraq, bir qayda olaraq, Azərbaycan yazıçılarının qurultaylarında iştirak edib. O, proqram xarakterli nitqlərində ədəbiyyatın xalqın ölkənin taleyində rolu barədə fikirlərini bölüşüb, ədəbiyyat xadimlərini ictimai həyatda fəal mövqe tutmağa çağırıb.

Azərbaycan ədəbiyyatı həmişə xalqın həyatının ön sıralarında irəliləmişdir. Bu ədəbiyyat xalqımızın qəhrəmanlıq tarixini əbədiləşdirib bizə çatdırmış, bizim qarşımızda bütün əzəməti ilə açmışdır. Ədəbiyyat bədii sözün gözəl nümunələrini yaradaraq zəmanəmizin yüksək romantikasını, xalqın döyüş rəşadətini, onun fədakar əməyini tərənnüm edir...

Yazıçı xalq üçün yaradır, öz kitablarını xalqa təqdim edir, buna görə kütlələrlə, oxucularla görüş, bilavasitə yaxınlıq ona xüsusilə coşqun ilham verir...

Biz istəyirik ki, yazıçılarımızın yaradıcılığı respublikanın ictimai-siyasi həyatı ilə sıx bağla olsun, onlar həyatdan ayrılmasınlar, kəskin problemlərdən məsələlərdən kənara çəkilməsinlər, əksinə, həmişə hadisələrin qaynağında olsunlar...

Biz arzu edirik ki, yazıçılar öz yaratdıqları əsərlərə zamanın günün tələbləri zirvəsindən qiymət versinlər...

Kim el sənətkarlarının bir-birinə qayğısını, diqqətini, öz peşəsinin sirlərini gənclərə necə həssaslıqla öyrətdiyini görübsə, yəqin ürəyində deyib: eşq olsun o sənətkara ki, öz yaradıcılığının məhdud çərçivəsində qapanıb qalmır, təkcə öz yaradıcılıq taleyini deyil, böyük sənətin gələcəyini düşünür...

Xalq öz təsəvvüründə yazıçının yaradıcılığını onun şəxsiyyətindən heç vaxt ayırmır. Oxucular üçün sənətkarın sözü əməli, onun əsərləri şəxsi idealıqırılmaz vəhdətdir.

Biz yazıçıya insan qəlbinin mühəndisi deyirik. Bu adı doğrultmaq lazımdır...”.

***

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk ilindən mədəniyyət incəsənətə diqqətin artması, bu sahədə mühüm xidmətləri olmuş insanların xatirəsinin ədəbiləşdirilməsi, yaradıcı əməyin qiymətləndirilməsi dövlət səviyyəsində müvafiq qərarlarda əksini tapıb.

1969-cu il 30 sentyabr

Azərbaycan KP MK Azərbaycan SSR Nazirlər Soveti görkəmli Azərbaycan artisti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək məqsədilə qərar qəbul edib. Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilib.

***

1969-cu ildə, həmçinin respublikada elm və texnikanın, ədəbiyyat, incəsənət və arxitekturanın daha da inkişaf åtdirilməsinə həvəs oyatmaq məqsədilə, dövlət tərəfindən bəyənilməyə layiq olan elmi işləri və yaradıcılıq işlərini layiqincə və geniş surətdə mükafatlandırmaq lüzumunu nəzərə alaraq, Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən Azərbaycan SSR dövlət mükafatlarının təsis olunması haqqında qərar qəbul edilib.  Elmtexnika sahəsində – dörd mükafat (elm üzrə iki, texnika üzrə iki), ədəbiyyat, incəsənət və arxitektura sahəsində – üç mükafat, o cümlədən uşaqlardan ötrü yazılmış ədəbiyyat və incəsənət əsərləri üçün bir mükafat təsis edilib. Qərara əsasən, hər biri 2500 manat məbləğində müəyyən edilən mükafatlar Azərbaycan SSR dövlət mükafatları komitələrinin təqdimatı ilə iki ildə bir dəfə verilirdi. Mükafatçılara diplomdöş nişanı təqdim edilməklə “Azərbaycan SSR Dövlət mükafatı laureatı” adı verilirdi.

1970-ci il 21 may

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Azərbaycan xoreoqrafiya sənəti sahəsində xidmətlərinə görə və Parisdə beynəlxalq rəqs festivalında müvəffəqiyyətli iştirakı ilə əlaqədar olaraq M.F.Axundov adına Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının yaradıcı işçilərinə Azərbaycan SSR-in fəxri adları verilib.

Bundan əlavə, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının Parisdə beynəlxalq rəqs festivalında iştirak etmiş yaradıcı heyət üzvləri Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.

 

Hazırladı: V.Orxan .

(davamı var)

Mədəniyyət.- 2023.- 11 yanvar.- S.5.