Azərbaycanlı modelyerinCizgi”si Osloda təqdim olunub

 

Norveçin paytaxtı OslodaDeichman BjorvikaMədəniyyət Mərkəzində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın “Northern Stories by Cizgi” (“Cizgi”nin Şimal hekayələrə) adlı ekspozisiyasının açılışı olub.

ModelyerinCizgibrendli kolleksiyasının təqdimatı OslodakıAzərbaycan Evi Norveç üzrə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası tərəfindən təşkil edilib.

Qonaqlara Gülnarə Xəlilovanın Norveç Qarabağ ornamentləri ilə əl işləri, ipək yaylıqlar libaslar təqdim olunub.

Modelyer ekspozisiyasının Norveçdə, görkəmli arxeoloq, səyyah yazar, Azərbaycana səfərlər etmiş Tur Heyerdalın vətənində təqdim etməkdən məmnunluğunu bildirib: “Tur Heyerdal uzun illər apardığı araşdırmalardan sonra belə nəticəyə gəlib ki, vikinqlər Azərbaycandan gəliblərqədim zamanlarda onların məhz ölkəmizin ərazisindən Skandinaviyaya yolları başlayıb. Keçən ilin may ayında Oslo şəhərinin Cosmopolite konsert salonunda Qarabağ bölgəsinin milli geyim ənənələrini əks etdirənXarıbülbül Qarabağdəfilesini təqdim etdim. Bu dəfə sərgi formatında Norveçin ornamentlərinə üstünlük verərək əsərləri təqdim etdim bu da qonaqların böyük marağına səbəb olub...”.

Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları indiyədək ABŞ, Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan digər ölkələrdə nümayiş etdirilib.

 

Mədəniyyət.- 2023.- 13 yanvar.- S.8.