Akademik Opera və Balet Teatrında “Kənd namusu”
İtalyan bəstəkar Pyetro Maskanyinin “Kənd namusu” operası yanvarın 14-də Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrında növbəti dəfə nümayiş olunacaq. Operanı Əməkdar incəsənət
xadimi Sevil Hacıyevanın rəhbərliyi
altında xor kollektivi və Xalq artisti Yalçın
Adıgözəlovun dirijorluğu
ilə orkestr müşayiət edəcək.
Səhnə əsərinin əsas
qəhrəmanları öz
məhəbbətinə hədsiz
dərəcədə sədaqətli
olan Santutsa, yüngül xasiyyətli,
şıltaq Lola, ehtiraslı
Turiddu və öz rəqibindən amansız qisas alan Alfiodur.
İlk tamaşası
1890-cı ildə Romanın
“Konstants” teatrında keçirilən opera bu günə kimi dünyanın bir çox teatrlarının
repertuarını bəzəyir. Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında “Kənd namusu”
2015-ci ildə almaniyalı rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrok tərəfindən
səhnəyə qoyulub.
Mədəniyyət.- 2023.- 13
yanvar.- S.3.