Heydər Əliyev İli”nin ilk konserti – “Burada indi

 

Dövlət başçısının müvafiq sərəncamına əsasən, müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İlielan edilib. Əlamətdar ildə ölkəmizdə və xaricdə silsilə tədbirlər təşkil olunacaq, dahi siyasətçinin ölkəmiz və xalqımız qarşısında tarixi xidmətləri bir daha yada salınacaq. Bu sıraya çoxsaylı konsert proqramları da daxildir.

Yanvarın 10-da Beynəlxalq Muğam Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş ilk musiqi axşamı – “Buradaindi” adlı konsert keçirildi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) İnstrumental ifaçılıq kafedrası tərəfindən təşkil olunan konsertdə xarici bəstəkarların violinpiano üçün əsərləri təqdim edildi.

Kafedranın müəllimləri Üzeyir Mahmudbəyli (violin) və Leyla Əliyeva (piano), eləcə də qonaq ifaçılar Fatimə Nəsirli (violin) və Əsmər Kərimli (cello) uzaq illərin musiqi əsərlərini böyük məharətlə, sevgi ilə səsləndirdilər.

Konsertdən əvvəl çıxış edən Üzeyir Mahmudbəyli bugünkü musiqi axşamına ötən ilin noyabr ayından hazırlaşdıqlarını dedi. Bildirdi ki, konsert üçün seçilən repertuar həm ifaçılıq baxımından, həm də məzmunca ağır və məsuliyyətli əsərlərdir.

Pianoçu Leyla Əliyeva Ulu öndərin 100 illiyinə həsr edilmiş ilin ilk konsertində çıxış etməsindən məmnunluğunu dilə gətirdi.

Konsert proqramında ifa olunan P.Hindemith, D.Şostakoviç və İ.Bramsın əsərləri alqışlarla qarşılandı.

 

Lalə Azəri

Mədəniyyət.- 2023.- 13 yanvar.- S.5.