Mədəniyyət və sənət əməkdaşlığı

 

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və muzeyin əməkdaşı Rəma Zeynalova AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

MEK-nin baş direktoru Məmməd Əliyev qonaqlara kitabxananın tarixi, fondları, həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib.

Milli Xalça Muzeyinin direktoru tərəfindən MEK-ə xalçaçılıq, bədii tikmələr, zərgərlik, dekorativ-tətbiqi sənət sahələrinə aid nəşrlər, MEK tərəfindən isə qonaqlara “Heydər Əliyev İli” çərçivəsində hazırlanan təqvim təqdim olunub.

İki müəssisə arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib. “Vikipediyada xalçalar haqqında dolğun məlumatların yerləşdirilməsinin önəmindən danışılıb. Xalçaçılıq terminlərinin xarici dillərə dəqiq tərcüməsi, ən çox tanınan Azərbaycan xalçaları haqqında informasiyanın əlçatanlığının prioritet məsələlər olduğu qeyd edilib.

***

Gəncə Dövlət Kukla Teatrının yaradıcı kollektivi yanvarın 12-də qaxlı həmkarlarının qonağı olub. İki teatr arasında ilk belə görüş ötən ilin aprelində gerçəkləşib.

Qax Dövlət Kukla Teatrının baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanovun bildirdiyinə görə, kollektivlər arasında yaradıcılıq müzakirələri aparılıb.

 Sonra Gəncə teatrının yaradıcı heyəti qaxlı həmkarlarına Hafiz Ataxanlının “Dərdlərimin çamadanı” əsəri əsasında səhnələşdirilmiş tamaşanı təqdim edib. Tamaşaya teatrın direktoru, Əməkdar artist Fərmail Paşayev quruluş verib. Diqqətə çatdırılıb ki, səhnə əsəri ötən ilin noyabrında “Şuşa İli”nə həsr olunmuş “4.4” Qısa Tamaşalar Festivalında mükafat alıb.

Qax teatrının təqdimatında alman uşaq yazıçısı Otfrid ProyslerinBalaca cadugər” əsərinin tamaşası da gəncəli qonaqlar tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2023.- 13 yanvar.- S.3.