Mədəniyyətimizin böyük hamisi

 

 

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

İllərin xronikasından (3)

1971-ci il 29 oktyabr

Azərbaycan KP MK-nın plenumunda geniş məruzə ilə çıxış edən Heydər Əliyev respublikada mədəniyyətin, incəsənətin ayrı-ayrı sahələrində mövcud vəziyyət, əldə olunan nailiyyətlər və nöqsanlardan ətraflı söz açıb, aidiyyəti dövlət qurumları və yaradıcı təşkilatların fəaliyyətinə münasibət bildirib.

“İncəsənət insanın mənəvi aləminin zənginləşməsində, şəxsiyyətin ahəngdar inkişafında mühüm vasitədir. Azərbaycan incəsənətinin ən yaxşı əsərləri respublikanın hüdudlarından uzaqlarda da böyük şöhrət qazanmışdır...

Respublikanın bəstəkarları bir sira qiymətli əsərlər yaratmış, musiqi obrazlarında təcəssüm etdirmişlər. Simfonik musiqininkamera musiqisinin inkişafinda müvəffəqiyyətlərimiz vardır. Azərbaycan baleti maraqlı əsərlərlə zənginləşmişdir.

Lakin musiqi həyatımızda yaranmış vəziyyət ümumən narahatlıq doğurur. Hər şeydən əvvəl, ona görə ki, çoxdan bəri yeni, yaxşı opera əsərləri yaradılmır. Mahnı yaradıcılığı da geri qalır. Bəstəkarlarımızın son illərdə yaratdıqları bir çox mahnılarda vətəndaşlıq motivləri, əsl coşqunluq yoxdur.

Mədəniyyət Nazirliyi, Dövlət TeleviziyaRadio Verilişləri Komitəsi, Bəstəkarlar İttifaqı musiqi repertuarına daha böyük tələbkarlıqla yanaşmalı, bayağılığa, zövqsüzlüyə və xalturaya qarsı barışmaz mübarizə aparmalıdırlar...

Azərbaycan təsviri sənəti böyük müvəffəqiyyətlər qazanmışdır. Eyni zamanda respublika rəssamlarının bəzi əsərlərində müasirlərimizin daxili aləmi dərindən açılmır...

Yaşayış məntəqələrində küçələrin və meydanların bədii memarlıq tərtibatını vermək, Azərbaycan torpağında çox olan tarixi abidələri bərpa etmək işləri gücləndirilməlidir...

...Sumqayıtda, Mingəçevirdə, Ağdamda yeni dövlət teatrları açılmış, Azərbaycan Mahnı Teatrı yaradılmışdır. Bu yaxınlarda açılan Aktyor evi teatr ictimaiyyətinə yaxşı hədiyyədir. Təəssüf ki, teatrların işində nöqsan nailiyyətdən çoxdur. Hər şeydən əvvəl, onların repertuarı bizi qane edə bilməz.

M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının və bəzi başqa teatrların repertuar siyasətində bəzən mədaxil mülahizələri üstün gəlir. Musiqili Komediya Teatrının işində ciddi nöqsanlar vardır, onun səhnəsinə yalnız obıvatellərin zövqünü oxşaya bilən, ədəbi-bədii cəhətdən və öz musiqisi cəhətdən zəif operettalar tez-tez yol tapır...

Azərbaycan kinosu bir çox illərdən bəri geri qalırdı. Azərbaycan KP MK 1970-ci ilin martında kinostudiyada işlərin vəziyyətini müzakirə edərək qərar qəbul etmişdir... Müəyyən irəliləyişə baxmayaraq, Azərbaycan kinematoqrafçılarının işi günün tələbləri ilə ayaqlaşmır. Bir sıra maraqlı filmlər yaradılsa da, bəzi hallarda filmin bədii səviyyəsinin aşağı olması mühüm bir mövzunu gözdən salır...

Dövlət Kinematoqrafiya Komitəsi və Azərbaycan Kinematoqrafçılar İttifaqı gənc kadrlar hazırlamaq işi ilə zəif məşğul olur, ayrı-ayrı ssenariləri və filmləri qiymətləndirməkdə subyektivizmə və prinsipsizliyə yol verir...

...Göstərilən nöqsanlar xeyli dərəcədə ondan irəli gəlmişdir ki, yaradıcılıq ittifaqlarının ideya-yaradıcılıq, təşkilat və tərbiyə işi zəifdir. Yaradıcılıq ittifaqlarında məsələlər çox vaxt yolverilməz dərəcədə kəskin müzakirə edilir, bu müzakirələr tənqidbazlıq və şəxsi-qərəzlik xarakteri alır.

Yazıçılar, bəstəkarlar, rəssamlar, kinematoqrafçılar və arxitektorlar ittifaqlarının rəhbərləri M.İbrahimov, Q.Qarayev, T.Məmmədov, H.Seyidbəyli, M.Hüseynov ittifaqlarda əsl yaradıcılıq şəraiti təmin etməli, ideya-tərbiyə işlərini qüvvətləndirməli, yazıçıların, rəssamların, bəstəkarların, kinematoqrafçıların, arxitektorların səmərəli fəaliyyətinə mane olanvarsa hamısına qarşı fəal, barışmaz mübarizə aparmalıdırlar. Yaradıcılıq təşkilatlarımızda dəstəbazlıq, dedi-qodu, çəkişmə kimi mənfi hallar olmamalıdır.

...Respublika Mədəniyyət Nazirliyinin qarşısında böyük və məsul vəzifələr durur. Qeyd etmək lazımdır ki, bir çox illərdən bəri bu nazirlik respublikanın mədəni həyatının rəhbər mərkəzi olmaq etibarilə öz vəzifələrini, əslində, yerinə yetirmirdi. Azərbaycan KP Mərkəzi Komitəsi Mədəniyyət Nazirliyinin rəhbərliyini möhkəmlətmişdir və güman edir ki, istər nazirliyin özünün fəaliyyətində, istərsə də onun bütün təşkilat və idarələrinin fəaliyyətində əsaslı dönüş yaranacaqdır...”.

 

***

Mədəniyyət sahəsində problemlər qeyd olunmaqla bərabər, bu sahədə uğurlar da dövlət tərəfindən qiymətləndirilirdi.

1971-ci il 29 aprel

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Azərbaycan incəsənətinin inkişafında böyük xidmətlərinə görə Akademik OperaBalet Teatrının solistləri Müslüm Maqomayev və Rübabə Muradova Xalq artisti, Akademik Dram Teatrının artisti Həsənağa Turabov Əməkdar artist adına layiq görülüb.

1971-ci il 21 oktyabr

SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə sovet ədəbiyyatının inkişafında böyük õidmətlərinə və anadan olmasının 60 illiyi ilə əlaqədar olaraq yazıçı Mirzə İbrahimovOktyabr Ordeni” ilə təltif edilib.

1971-ci il 29 oktyabr

Musiqi sahəsində õidmətlərinə görə və anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq Xalq artisti Cahangir Cahangirov Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmani ilə təltif ådilib.

1971-ci il 29 dekabr

Musiqi sahəsində õidmətlərinə görə və 70 illiyi ilə əlaqədar olaraq Xalq artisti İsfəndiyar Cavanşirov (Xan Şuşinski) Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmani ilə təltif edilib.

 

Hazırladı: V.Orxan

(davamı var)

Mədəniyyət.- 2023.- 13 yanvar.- S.5.