Kino-Foto Sənədləri Arxivinə 5 minə
yaxın foto təhvil verilib
Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC tərəfindən 4933 saxlama vahidi fotosənəd daimi mühafizə məqsədilə Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.
Fotosənədlər Prezident İlham Əliyevin 2021-ci il üzrə fəaliyyətini əks etdirir. Sözügedən sənədlər dövlət başçısının işğaldan azad olunmuş ərazilərə səfərlərini, həmin ərazilərdə yenidənqurma, bərpa işləri, o cümlədən nəqliyyat, enerji, aqrar, hərbi infrastrukturun qurulmasını özündə əks etdirir.
Bundan əlavə, Avropa İttifaqının təşkilatçılığı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşləri, Qlobal Bakı Forumunda iştirak, xarici KİV nümayəndələrinə verilmiş müsahibələr və digər fəaliyyət sahələrinə aid olan fotosənədlər də təqdim olunan nümunələr arasında yer alır.
Hazırda Dövlət Kino-Foto Sənədləri Arxivində təqdim olunan materialların qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyatı və arxiv fonduna qəbulu prosesi aparılır.
Mədəniyyət.- 2023.- 18
yanvar.- S.7.