Səməd Vurğunun şeirləri alman portalında
Dövlət Tərcümə Mərkəzinin
“Azərbaycan ədəbiyyatı
beynəlxalq virtual aləmdə”
layihəsi çərçivəsində
Xalq şairi Səməd Vurğunun alman dilinə tərcümə edilmiş
“Mən tələsmirəm”
və “Əyilmə!”
şeirləri Almaniyanın
populyar “Spruechetante” (“Natiq”) ədəbiyyat portalında yayımlanıb.
Dövlət Tərcümə Mərkəzindən
bildirilib ki, şairin yaradıcılığı
haqqında məlumatla
təqdim olunan şeirləri alman dilinə mərkəzin alman dili mütəxəssisi
Məryəm Səmədova
tərcümə edib. Tərcümə mətnlərinin bədii redaktoru alman ədəbiyyatşünas alimi
Kerstin Krapsdır.
Xatırladaq ki,
geniş oxucu kütləsi
tərəfindən izlənilən “Spruechetante”
ədəbiyyat portalı mütəmadi olaraq
səhifələrində Eduard Fridrix Mörike, Fridrix Şiller, Volfqanq Höte, Teodor Fönten, Çarlz Dikkens, Tomas Braun kimi
məşhur yazıçı və şairlərin
yaradıcılığını işıqlandırır.
Mədəniyyət.- 2023.- 18
yanvar.- S.7.