“Babək” baleti
növbəti dəfə səhnədə
Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Babək” baleti növbəti dəfə nümayiş olunacaq.
Xalq artisti, bəstəkar Aqşin Əlizadənin “Babək” baleti 1983-cü ildə Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun quruluşunda ilk dəfə tamaşaya qoyulub.
IX əsrdə xalq qəhrəmanı Babəkin ərəb istilaçılarına qarşı 20 ildən artıq bir müddətdə davam edən mübarizəsi Azərbaycan xalqının tarixində önəmli yer tutur və xalqımızın erməni işğalçılarına qarşı Vətən müharibəsində Qələbəsindən sonra “Babək” baletinin yenidən səhnəyə qayıdışı çox aktualdır.
Tamaşaya yeni
xoreoqrafik quruluşu Xalq artisti Kamilla
Hüseynova verib. İlk quruluşun librettosu əsasında səhnəyə qoyulan baletin librettosuna cüzi əlavələr
edilib. Tamaşanın dirijoru
və musiqi rəhbəri Orxan
Həşimov, quruluşçu rəssamı
Əməkdar mədəniyyət işçisi
Tehran Babayevdir.
Mədəniyyət.- 2023.- 18
yanvar.- S.2.