“Balıqlara xütbə” Çinə gedib
Azərbaycanlı rejissor Hilal Baydarovun “Balıqlara xütbə” (“Sermon to the Fish”) filmi növbəti beynəlxalq festivalda iştirak edir.
Ekran əsəri
Çində, 6-cı Pingyao
Beynəlxalq Film Festivalının
(Pingyao International Film Festival – PYIFF) proqramında yer alıb. Festival 14-17 yanvar tarixlərində Çinin
şimalındakı Şansi
əyalətində keçirilir.
Qeyd edək
ki, 2022-ci ildə istehsal olunan “Balıqlara xütbə” bir neçə festivalda uğurla nümayiş olunub. Ekran əsəri ötən ilin avqustunda 75-ci Lokarno Film Festivalında (İsveçrə) jürinin
xüsusi mükafatına,
noyabr ayında isə Almaniyada – 32-ci
Cottbus Film Festivalında (FFC) münsiflər heyətinin
fəxri mükafatına
layiq görülüb.
Azərbaycan, Türkiyə, Meksika
və İsveçrə
kinematoqrafçılarının iştirakı ilə ərsəyə gələn
filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcandır. Film müharibələrin ağrıları içində
itmiş, unudulmuş ruhlar haqqında fəlsəfi nağıldır.
Mədəniyyət.- 2023.- 18
yanvar.- S.8.