“İpək Yolunun musiqisi” Nərgiz Əliyarovanın ifasında

 

Azərbaycanlı pianoçu Vaşinqtonda konsert proqramı ilə çıxış edib

 

Tanınmış azərbaycanlı pianoçu, Əməkdar artist, Vaşinqtonda fəaliyyət göstərən Milli MusiqiQlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi Nərgiz Əliyarova Con Kennedi adına İfaçılıq İncəsənəti Memorial Mərkəzində (John F. Kennedy Memorial Center for the Performing ArtsKennedy Center) “İpək Yolunun musiqisi” adlı solo konsert proqramını təqdim edib.

Mərkəzin “Millenium” səhnəsində çıxış edən ifaçının proqramında tarixi İpək Yolunun keçdiyi üç ölkənin – Azərbaycan, Türkiyə və İran bəstəkarlarının əsərləri yer alıb.

Konsertdən öncə Nərgiz Əliyarova Azərbaycanın zəngin musiqisindən, dünya incəsənətinə bəxş etdiyi töhfələrdən söhbət açıb.

Gecədə pianoçu Azərbaycanın klassikmüasir bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Firəngiz Əlizadə və Faiq Sücəddinovun, Lalə Cəfərovanın Üzeyir Hacıbəylinin əsərləri mövzusunda işləmələrini ifa edib.

Proqramda həmçinin Türkiyə bəstəkarları Ülvi Camal ErkinFazil Say, eləcə də Cənubi Azərbaycandan bəstəkar Ariya Torkanborinin musiqiləri səslənib.

Konsert yerli və müxtəlif ölkələrdən olan sənətsevərlər, ABŞ-da yaşayan azərbaycanlılar tərəfindən alqışlarla qarşılanıb.

Xatırladaq ki, ötən ilin noyabrında Nyu-Yorkdakı “Carnegie Hallda Nərgiz Əliyarovanın rəhbərlik etdiyi Milli MusiqiQlobal Mədəniyyət Cəmiyyətinin təşəbbüsü ilə Fikrət Əmirovun 100 illiyinə həsr olunmuşDostluq körpüləri” adlı konsert proqramı gerçəkləşmişdi. Həmin proqramda Fikrət Əmirovun musiqiləri ilə bərabər, türk və yəhudi bəstəkarların əsərləri də səslənmişdi.

 

Mədəniyyət.- 2023.- 18 yanvar.- S.8.