Şuşa teatrının 20 Yanvarla bağlı ədəbi-bədii
kompozisiyası
Şuşa Dövlət Musiqili Dram Teatrı 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə Dövlət Sərhəd Xidməti Akademiyasının şəxsi heyəti qarşısında “Yanvarın iyirminci günü” adlı ədəbi-bədii kompozisiya ilə çıxış edib.
Kompozisiya Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə və Zəlimxan Yaqubun şeirləri, Üzeyir Hacıbəyli, Qara Qarayev və Volfqanq Amadey Motsartın musiqiləri əsasında hazırlanıb.
Səhnə nümunəsində 20 Yanvar faciəsinin Azərbaycan tarixinin
həm hüzn, həm də qürur səhifələrindən olduğu vurğulanır.
Mədəniyyət.- 2023.- 18
yanvar.- S.2.