Aleksandr Şarovskinin 75 illiyi münasibətilə – Akademik Rus Dram Teatrında yeni tamaşa

 

10-11 fevral tarixlərində Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında İsaak BabelŞolom Aleyxemin əsərləri əsasında hazırlanmış “BenyaKral” və başqaları” tamaşasının premyerası olacaq. “Kral” ləqəbli Benya yazıçı-dramaturq İsaak Babelin bir sıra əsərlərinin qəhrəmanıdır.

Premyera teatrın baş rejissoru Aleksandr Şarovskinin 75 illik yubileyinə həsr olunub.

Tamaşanı səhnələşdirən Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, quruluşçu rejissor isə yubilyarın özü, Xalq artisti Aleksandr Şarovskidir.

Bədii tərtibat Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorova, xoreoqrafiya Xalq artisti Fuad Osmanova məxsusdur. Geyim üzrə rəssam Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır. Tamaşaya teatrın bütün aktyorları cəlb olunub.

 

Mədəniyyət.- 2023.- 18 yanvar.- S.3.