Gənc Tamaşaçılar Teatrında “Mənim göyərçinim” və “İnanıram”

 

Tariximizə hüznqürur günü kimi yazılan 1990-cı ilin 20 Yanvarının 33-cü ildönümü tamam olur. Bu münasibətlə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanmış “Mənim göyərçinim” tamaşası növbəti dəfə göstəriləcək.

İlknakam məhəbbət haqqında səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Şota Qlurjidze (Gürcüstan), musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Yanvarın 20-də nümayiş etdiriləcək tamaşada rolları Əməkdar artistlər Nəsibə Eldarova, İlham Əsədov, aktyorlar İlqarə Tosova, Günel Məmmədova, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Kərəm Hadızadə, Anar Səfiyev, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Rəşad Səfərov, Ədalət Əbdülsəməd, Hüsniyyə Əhmədova, Yasəmən Malik, Rövşən Abbasov ifa edəcəklər.

***

Yanvarın 21-də isə Gənc Tamaşaçılar Teatrında premyera var. Yazıçı-dramaturq Ülviyyə Heydərovanınİnanırammonopyesi əsasında hazırlanan tamaşa nümayiş olunacaq.

Səhnə əsəri müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. O, bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən yamacda tək ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən bu yerdən uzun müddət uzaq düşür. Həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən anasının haqqında çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Artıq qadının bu dünyada, sadəcə, bir sığınacağı varyamacdakı tək ağac. Son dəfə ağacı görmək məhz burada ömrünü başa vurmaq üçün azad olunmuş yamaca gəlir...

Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə onların analarına həsr edilən tamaşanın quruluşçu rejissoru səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Ana obrazını Zemfira Əbdülsəmədova canlandırır.

Xatırladaq ki, səhnə əsəri ötən il Mədəniyyət Nazirliyi “Teatro.az” sənət portalının “4.4” Qısa Tamaşalar Festivalında nümayiş etdirilərək ikinci yerə layiq görülüb.

 

 

Mədəniyyət.- 2023.- 18 yanvar.- S.3.