Milli özünüdərk
və milli qürur salnaməsi
20 Yanvarın
33-cü ildönümü yerlərdə müxtəlif
tədbirlərlə qeyd
olunur
Regional mədəniyyət idarələrinin (RMİ) tabeliyindəki
müəssisələrdə 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə müxtəlif
səpkili tədbirlər
təşkil olunub. Tədbirlərdə 20 Yanvarın Azərbaycanın
yeni tarixində yeri, 1990-cı ilin yanvarında baş verən hadisələrin xalqımızın milli özünüdərkində və
milli istiqlal yolunda rolu vurğulanıb,
sovet hərb maşınının həmin
günlərdə dinc
əhaliyə qarşı
törətdiyi cinayətlərdən
ətraflı söz açılıb.
Sabirabad
Rayon Mədəniyyət Mərkəzinin
təşkilatçılığı ilə N.Gəncəvi adına 5 nömrəli şəhər tam orta məktəbində “20 Yanvar
şagirdlərin gözü
ilə” adlı rəsm sərgisi təşkil edilib. Qeyd olunub ki, sərginin
məqsədi 20 Yanvar
şəhidlərinin əziz
xatirəsini yad etmək, onların şücaətlərini yeni
nəsillərə çatdırmaqdır.
Şagirdlər vətənpərvərlik ruhunda şeirlər söyləyiblər, ədəbi-bədii
kompozisiya nümayiş
olunub.
Şirvan
şəhərindəki Heydər
Əliyev Mərkəzinin
təşkilatçılığı ilə B.Aslanov adına 16 saylı
tam orta məktəbdə
keçirilən “Şəhidlər
vüqarımız, qürurumuzdur!”
mövzusunda tarix dərsində 20 Yanvar haqqında sənədli
film göstərilib. Şəhər Mədəniyyət Mərkəzində
isə rejissor-ssenarist
Firuzəxanım Abbasovanın
hazırladığı “Qana
dönən qərənfillər”
adlı tamaşa nümayiş olunub. Səhnə əsərində sovet ordusunun Bakıda törətdiyi qətliam və buna zəmin
yaradan hadisələr
əks olunub.
Saatlı Dövlət Rəsm Qalereyasında təşkil
olunan anım tədbirində “20 Yanvar qan yaddaşımızdır!”
adlı rəsm sərgisi nümayiş etdirilib.
***
Sumqayıt RMİ. Sumqayıtın Tarixi Muzeyi və
şəhər Nəriman
Nərimanov adına
Mədəniyyət Mərkəzinin
“Dostluq” Mədəniyyət
evinin birgə təşkilatçılığı ilə “Qara Yanvar”ın 33-cü ildönümü
ilə əlaqədar
anım tədbiri keçirilib. Qeyd olunub ki, bu tarix həm
şəhidlərin anım
günü, həm də Azərbaycanın ərazi bütövlüyü
uğrunda mübarizə
aparan xalqımızın
birlik, fəxr və şərəf günüdür. Çıxışlardan sonra qonaqlar faciə qurbanlarının
muzeyin fondunda mühafizə olunan fotoşəkillər və
rəsm sərgisinə
baxıblar.
Sumqayıt MKS S.Vurğun adına Mərkəzi
Kitabxananın Uşaq
şöbəsi 5 nömrəli
orta məktəbin müəllim və şagirdlərinin iştirakı
ilə “Şəhid anılar, Vətən tanınar” adlı tədbir təşkil edib.
***
İsmayıllı RMİ. Qəbələ Rayon Mədəniyyət Mərkəzində
“20 Yanvar həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
Çıxışlarda Ulu öndərin
dövlətimiz, xalqımız
qarşısındakı xidmətlərindən
danışıblar. Qeyd olunub
ki, Ümummilli lider 20 Yanvar faciəsini xalqımıza
qarşı törədilmiş
bəşəri cinayət
adlandırıb. Məhz Heydər
Əliyevin iradəsi ilə 20 Yanvar faciəsi öz siyasi-hüquqi qiymətini
alıb.
Şamaxı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı
ilə rayon Mədəniyyət
Mərkəzində keçirilən
tədbirdə şagirdlərin
ifasında kompozisiya nümayiş olunub.
***
Şəki RMİ. Şəki Şəhər
Heydər Əliyev Mərkəzində keçirilən
tədbirdə 1990-cı ilin
20 yanvarında sovet ordusunun xalqımıza qarşı təcavüzündən
söz açılıb.
M.F.Axundzadə adına
Şəki Şəhər
Mədəniyyət Mərkəzində
keçirilən anım
tədbirində çıxış
edənlər də həmin məşum gecədə baş verənlər haqqında danışıblar.
20 Yanvar hadisələrini
əks etdirən videomaterial nümayiş olunub.
Qax rayon MKS-nin
Ağçay kənd
kitabxanasında “Həm
hüzn, həm də qürur günümüz” adlı
tədbir təşkil
olunub. Çıxışlarda 20 Yanvarın Azərbaycan
xalqının tarixində,
sadəcə, acı ilə xatırlanacaq bir gün kimi
deyil, eyni zamanda xalqımızın
şan və şərəf günü
olduğu vurğulanıb.
Sonda tədbir iştirakçıları
“Azadlığa gedən
yolun zirvəsi” adlı filmi izləyiblər.
Oğuz
Rayon Heydər Əliyev
Mərkəzində “Azərbaycanın
qəhrəmanlıq və
qürur günü” başlığı altında
keçirilən tədbirdə
20 Yanvar faciəsindən
bəhs edən videoçarx və “Qan yaddaşımız” adlı sərgi nümayiş olunub.
***
Ağcabədi RMİ. Ağcabədi rayon Hüsülü kənd Uşaq musiqi məktəbində keçirilən anım tədbirində çıxış
edənlər Vətən
övladlarının əliqanlı
sovet ordusunun qarşısında mətin
dayanması, milli azadlıq və suverenlik uğrunda canından keçməyə
hazır olduqlarını
sübuta yetirdiklərini
diqqətə çatdırıblar.
Ağdam Rayon Heydər Əliyev Mərkəzində keçirilən
tədbirdə 20 Yanvar
faciəsinə həsr
olunmuş film nümayiş
etdirilib.
***
Biləsuvar RMİ. Biləsuvar Rayon Heydər Əliyev
Mərkəzində “20 Yanvar
faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir”
mövzusunda tədbir
keçirilib. Əvvəlcə gənc rəssamların əl işlərindən
ibarət sərgiyə
baxış olub.
Çıxış edənlər
faciənin başvermə
səbəbləri, xalqımızın
milli ruh və mübarizə əzmindən, Ulu öndər Heydər Əliyevin hadisələrə
siyasi-hüquqi qiymət
verməsindən, müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
44 günlük Vətən
müharibəsindəki Qələbədə
gənclərin qəhrəmanlığından
söz açıblar.
Sonda “Qanları ilə azadlıq dastanı yazanlar” adlı videoçarx nümayiş
etdirilib.
***
Ağdaş RMİ. Zərdab Rayon Heydər Əliyev
Mərkəzi və
GİKM Zərdab nümayəndəliyinin
birgə təşkilatçılığı
ilə “20 Yanvar hadisələrinə ilk hüquqi
qiymətin verilməsi
Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir” mövzusunda
tədbir keçirilib.
***
Ağstafa RMİ. Ağstafa Rayon Heydər Əliyev
Mərkəzində keçirilən
tədbirdə çıxış
edənlər 1990-cı ilin
20 yanvarının həm
hüzn günü, həm də Azərbaycanın ərazi
bütövlüyü uğrunda
mübarizə aparan xalqımızın birlik,
fəxr və şərəf günü
olduğunu diqqətə
çatdırıblar.
Qazax Rayon Mərkəzi
Kitabxanasında təşkil
edilən tədbirdə
“Qanları ilə azadlıq dastanı yazanlar – 20 Yanvar şəhidləri” adlı
videoçarx nümayiş
olunub.
Qazax Dövlət
Rəsm Qalereyasında
keçirilən anım
tədbirində isə
dərnək üzvlərinin
mövzu ilə bağlı rəsm əsərləri nümayiş
etdirilib.
***
Kürdəmir RMİ. Kürdəmir Rayon Heydər Əliyev Mərkəzində keçirilən
tədbirdə vurğulanıb
ki, sovet rejimi 20 Yanvarda xalqımızın iradəsini
qanla boğmağa çalışsa da, azadlıq və suverenlik uğrunda mübarizənin yeni mərhələyə
keçməsi o zaman
SSRİ rəhbərliyindən istefaya göndərilən
və xüsusi təzyiq altında Moskvada yaşayan Heydər Əliyevin bu prosesə fəal qoşulmasından
sonra xüsusi vüsət alıb.
***
Gəncə RMİ. Gəncə şəhər MKS-nin 2 saylı kitabxana filialı “Qan yaddaşımız” adlı tədbir keçirib. 20 Yanvar şəhidlərinin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Qara Yanvar”a həsr olunan rəsm və “Hüzn və şərəf günü” adlı kitab sərgiləri nümayiş olunub.
Goranboy Rayon Mədəniyyət
Mərkəzində “Zəfərimizin
ilk qaranquşları” adlı
konfrans keçirilib. “20 Yanvar – qan yaddaşı”
adlı videoçarx nümayiş olunub. Tədbir iştirakçıları
“Milli iradəmizin zəfər çaldığı
gün!” başlıqlı
kitab və rəsm sərgisi ilə tanış
olublar.
Regional idarənin tabeliyindəki
digər mədəniyyət
müəssisələrində də 20 Yanvara həsr olunan anım tədbirləri təşkil edilib.
***
Masallı RMİ. Masallı Rayon Mərkəzi Kitabxanasında “20 Yanvar – Zəfərə aparan yol” mövzusunda tədbir keçirilib.
Qeyd olunub ki, 20 Yanvar
faciəsi xalqımızın
azadlıq mübarizəsinin
rəmzidir. Azərbaycan xalqı
bu mübarizədə
qəhrəmanlıq göstərmiş
oğul və qızlarının şücaətini
daim yüksək qiymətləndirir, onların
ruhuna ehtiram göstərir və xatirəsini hər zaman uca tutur.
Nizami Gəncəvi adına
Masallı Rayon Mədəniyyət
Mərkəzində “Qisas”
adlı ədəbi-bədii
kompozisiya təqdim edilib. Masallı Xalq teatrının
rejissoru Cəmaləddin
Əliyevin quruluş verdiyi səhnə işində Masallı Dövlət Regional Kollecinin
tələbələri iştirak
ediblər.
Yardımlı Rayon Mərkəzi Kitabxanasında
şəhər 1 saylı
tam orta məktəbin
şagirdlərinin iştirakı
ilə keçirilən
anım tədbirində
20 Yanvar faciəsini əks etdirən fotostend və kitab sərgisi nümayiş etdirilib.
Cəlilabad Dövlət Rəsm Qalereyası və 4 saylı şəhər klubunun birgə təşkilatçılığı ilə sərgi keçirilib. Sərgidə şəhər 1, 2, 7 və 8 saylı məktəblərdən şagirdlərin əl işləri təqdim olunub.
***
Xaçmaz RMİ. Xaçmaz Rayon Mərkəzi Kitabxanasının oxu zalında təşkil olunan “İstiqlal tariximizin şəhidlik zirvəsi” adlı anım tədbirində kitabxananın fəal oxucuları 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər söyləyiblər.
Quba Rayon Heydər Əliyev Mərkəzi, rayon İcra Hakimiyyəti və Gənclərin İnkişaf və Karyera Mərkəzi Quba nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Qanlı Yanvar” filmi nümayiş olunub, qonaqlar sərgiyə baxıblar.
Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və 20 Yanvar həqiqətləri” adlı rəsm və kitab sərgisi keçirilib.
Hazırladı: N.Məmmədli
Mədəniyyət.- 2023.- 20 yanvar.- S.4.