Milli Xalça Muzeyində “Yaşayan sevgi”
Yanvarın 17-də Azərbaycan Milli Xalça Muzeyində “Yaşayan sevgi” adlı tədbir keçirilib.
Azərbaycan tarixinə hüzn və qürur səhifəsi kimi yazılan 1990-cı ilin 20
Yanvarına həsr olunan tədbirdə bu günün xalqımızın müstəqillik
mücadiləsində müstəsna
yeri olduğu vurğulanıb.
33 il öncə
Bakıda dinc, əliyalın insanların
üzərinə yeridilən
sovet ordu birləşmələrinin, zirehli
texnikaların qarşısından
çəkilməyən, ölkəmizin
suverenliyi və ərazi bütövlüyü
uğrunda canından keçən Vətən
övladlarının dastana
çevrilən qəhrəmanlığından
bəhs edilib.
Mədəniyyət.- 2023.- 20
yanvar.- S.3.