15 il hərbi xidmətdə olmuşdu, amma yazıçı kimi tanındı

 

 

Azərbaycan ədəbiyyatı və satirik mətbuatının inkişafında özünəməxsus yeri olan görkəmli ədiblərimizdən birinaşir, dramaturq, yumoristik novella və hekayələr müəllifi Seyfəddin Dağlıdır. Özünəməxsus yaradıcılıq üslubu olan ədibin qələmindən çıxan  hər bir əsər oxucuların qəlbinə yol tapıb. Yazıçını vəfatının 40-cı ildönümü münasibətilə yada saldıq.

Seyfəddin Əliağa oğlu Abbasov (Seyfəddin Dağlı) 27 avqust 1921-ci ildə Xızıda dünyaya göz açıb. Kiçik yaşda anası Qəmər xanım vəfat edir. Dövlət qulluqçusu olan atası tez-tez ezamiyyətlərə getdiyi üçün Seyfəddin ata babası Bəhlul kişinin himayəsində qalır. Atası ikinci dəfə ailə həyatı qursa da, o, yenə də babasının yanında yaşayır.

Bir müddət sonra ailəsi Bakı şəhərinə köçür. O da orta təhsilini Bakıda alır. Bədii yaradıcılığa da elə orta məktəb illərindən başlayır. Ancaq onun da gəncliyi qanlı-qadalı illərə təsadüf edir. 1941-ci ildə müharibə başlayanda Seyfəddin sovet ordusu sıralarına çağırılır. Ömrünün on beş ili hərbi xidmətdə keçir. Orduqəzetində ədəbi işçi, “Diviziyaqəzetinin redaktoru olur. 1944-1946-cı illərdə sovet qoşun hissələrinin tərkibində İranda xidmət keçir.

Seyfəddin Abbasov jurnalistikaya 1938-ci ildə çap olunan maraqlı felyetonlarla gəlir. Əsərləri ilk gündən geniş oxucu marağına səbəb olur. II Dünya müharibəsi dövründə felyetonları satirik hekayələriVətən uğrundajurnalında, “Ədəbiyyat qəzeti”, Təbrizdə çıxanVətən yolundaqəzetlərində dərc olunur.

Seyfəddin Dağlı 1952-1956-cı illərə Lenin adına Moskva Hərbi-Siyasi Akademiyasının Redaktorluq fakültəsinin müdavimi olub. 1956-cı ildə Moskvada təhsilini başa vurandan sonra ordu sıralarından tərxis olunur Bakıya qayıdır. Burada jurnalist ədəbi fəaliyyətini davam etdirir. O, 1956-1959-cu illərdə Dövlət Radio Komitəsinin baş redaktoru, Bakı televiziya studiyasının baş redaktoru sədr müavini işləyir. Azərbaycanfilmkinostudiyasında ssenari redaksiya heyətinin üzvü, “Yazıçınəşriyyatında redaktor kimi fəaliyyət göstərir. Bütün bunlara rəğmən bədii yaradıcılıq fəaliyyətindən qalmır. XüsusiləKirpijurnalı ilə yaxın əməkdaşlıq edir. Onun fəaliyyətinin böyük bir mərhələsi elə bu jurnalla bağlı olub. 1959-cu ildən 1976-cı ilədəkKirpijurnalının baş redaktoru vəzifəsində çalışır.

Seyfəddin Dağlının yaradıcılığında satirik üslub xüsusilə seçilib. Yaşadığı cəmiyyətin eybəcərlikləri onun tənqid hədəfi idi. Yazıçının ədəbi qəhrəmanları həyatdan götürülüb. Yaratdığı hər bir obrazın öz bədii xüsusiyyətləri var. Yumoristik povest hekayələri oxucuda mənalı gülüş yaradıb. Ona görə süjet xətti, quruluşu, ifadə tərzi dilinin sadəliyi geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb. Məsələn, müəllifinSabiqlərəsərinin qəhrəmanları vəzifələrindən uzaqlaşdırılmış nazirlərdir. Onun tənqid obyektləriKirpijurnalında dərc etdirdiyi yazılarda daha da konkretləşir. Əlbəttə, bunlar yazıçıya xeyli vaxt başağrısı olsa da, o, tutduğu yoldan çəkinməyib.

Seyfəddin Dağlının 1948-ci ildəDəniz kəşfiyyatçısıadlı ilk kitabı işıq üzü görüb.Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşırpyesləri, “Bahar oğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər s. kitabları geniş oxucu marağına səbəb olub. Pyesləri Akademik Milli Dram Teatrı, Musiqili Komediya Teatrı Gənc Tamaşaçılar Teatrında dəfələrlə tamaşaya qoyulub.

Onu da qeyd edək ki, Seyfəddin Dağlı yaradıcılığa şeirlə başlayıb, bir çox satirik şeirlərinə musiqi yazılıb. Bunların içərisində Cahangir Cahangirovun bəstələdiyi, müğənni Mirzə Babayevin oxuduğuÇayçımahnısı bu gün dinləyicilərin könlünü oxşayır.

Əməyi yüksək qiymətləndirilən yazıçı Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb, respublika Ali Sovetinin fəxri fərmanı ilə təltif olunub. Əsl mükafatı isə yaradıcılığına olan ümumxalq məhəbbəti, kitablarının sevilərək oxunması pyeslərinin ölkənin aparıcı teatrlarında tamaşaya qoyulması olub.

 

Əsərləri bir çox dillərə tərcümə olunan ədib 18 yanvar 1983-cü ildə, 62 yaşında vəfat edib.

 

S.Fərəcov

Mədəniyyət.- 2023.- 20 yanvar.- S.6.