Azərbaycanla Qırğızıstan
arasında diplomatik münasibətlərin
30 ili tamam olur
2023-cü ilin yanvarında Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında diplomatik münasibətlərin 30 ili tamam olur.
Bu münasibətlə Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidentinə məktub göndərib.
“Fəxr edirəm ki, xalqlarımız arasında çoxəsrlik dostluq, dil, mədəniyyət, din və tarix baxımından yaxınlıq tellərinin möhkəm bünövrəsi üzərində qurulmuş qarşılıqlı münasibətlər dövlətlərarası və diplomatik status kəsb edib. Ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə ötən il bizim aprel və oktyabr aylarındakı qarşılıqlı səfərlərimizin yekunlarına əsasən strateji müstəviyə qalxmış siyasi əlaqələrimizin birgə səylərimizlə əldə edilmiş səviyyəsini yüksək qiymətləndirirəm. Əminəm ki, birgə səylərimiz sayəsində xalqlarımız arasında dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək, gələcəkdə də ardıcıl xarakter daşıyacaq”, – deyə məktubda bildirilir.
Prezident İlham
Əliyev də əlamətdar ildönümü
ilə bağlı həmkarına məktub ünvanlayıb.
Məktubda vurğulanır ki, iki qardaş ölkəni
dərin tarixi, mədəni və mənəvi
köklər bağlayır: “Otuz
il əvvəl bu
möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası
münasibətlərimizin xüsusən son
illərdə yüksələn xətlə inkişaf
edərək strateji tərəfdaşlıq
səviyyəsinə çatması böyük
məmnunluq doğurur.
Qarşılıqlı səfərlər, müntəzəm
təmaslar, müxtəlif sahələrdə imzalanan
sənədlər əməkdaşlığımızın
yüksək inkişaf dinamikasından xəbər
verir. Xüsusilə də keçən il qardaş ölkələrimizə
həyata keçirdiyimiz səfərlər
ikitərəfli əlaqələrimizin keyfiyyətcə yeni pilləyə qaldırılmasında vacib rol
oynamışdır. Sevindiricidir ki, həm Bakıda, həm də
Bişkekdə Sizinlə apardığımız müzakirələr,
əldə etdiyimiz razılaşmalar və
imzaladığımız çoxsaylı mühüm
sənədlər Azərbaycan-Qırğızıstan tərəfdaşlığının
bütün sahələrdə
inkişafına və yeni məzmunla
zənginləşməsinə təkan vermişdir”.
Mədəniyyət.- 2023.- 20
yanvar.- S.2.